İKT şirkəti HTech İnvest: "Bizim məqsədimiz ixracı artırmaqdır"
Azərbaycanda rəqəmsal transformasiyanın həyata keçirilməsi, ölkə rəhbərliyinin İKT sektoruna, texnoloji parkların inkişafına xüsusi diqqəti yerli istehsalçılar üçün münbit şərait yaradır.
Belə nümunələrdən biri Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti HTech Invest şirkətinin uğurlu inkişafıdır. HTech Invest dünyaca məşhur ACER brendi ilə əməkdaşlıq edərək fərdi kompüter, noutbuk, monobloklar istehsal edir.
Bu gün HTech Invest zavodu sutkada 500-dən çox yüksək texnoloji avadanlıq istehsal etmək gücünə malik ən uğurlu yerli İT şirkətlərindən biridir. Zavod dünyadakı təcrübə və İT sənayesi üzrə standartların tələblərinə uyğun fəaliyyət göstərir. HTech Invest-in istehsal etdiyi bütün məhsullar sertifikatlaşdırılıb və brendin özü tərəfindən rəsmi zəmanətlə təmin edilmişdir. Bu günədək 30 mindən çox ACER kompüter və noutbuklar istehsal edilərək sifarişçilərə təhvil verilmişdır.
Şirkət tərəfindən yaradılan biznes model istehsal xərclərini optimallaşdırmağa, bununla da məhsulların maya dəyərini aşağı salmağa imkan verir ki, bu da nəticədə həmin məhsulları istifadəçilər üçün daha əlçatan edir. HTech Invest şirkəti böyük həcmlərdə məhsulların sifarişçinin tələblərinə uyğunlaşdırılması xidmətini də təklif edir.
Zavodun sifarişçiləri arasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Dövlət Universiteti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi dövlət strukturları, həmçinin iri özəl, o cümlədən, kompüter şirkətləri yer alır.
HTech Invest şirkətinin kommersiya direktoru Lətif Məhərrəmov deyir: "Covid-19 pandemiyasının səbəb olduğu çətin vəziyyətə baxmayaraq, biz müsbət əhval-ruhiyyədəyik. Hal-hazırda bizim zavodun 40-a yaxın işçisi var, onlardan çoxu Mingəçevir sakinidir. 2019-2020-ci illərdə zavod xarici bazara çıxdı, öz məhsullarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Gürcüstana ixrac etdi. Bu illər ərzində dövlət büdcəsinə ödənilən verginin həcmi 2 milyon 300 min manatdan çox olub. HTech Invest regionun ən böyük vergi ödəyicilərindən biridir. Bizim məqsədimiz zavodumuzun ixrac həcmini artırmaqdır".
HTech Invest şirkəti tərəfindən təşkil edilmiş istehsalat göstərir ki, biznes proseslərə düzgün yanaşma olduqda şirkətlər həm yerli, həm də beynəlxalq bazarda uğur qazanaraq rentabellik və stabilliyə nail ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
32 d. əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
1 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
1 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib























