Rabitəbank kiberinsidentlərə qarşı diqqətli olmağa çağırır
Artıq rəqəmsallaşan dünyamızda nağdsız ödəniş əməliyyatları da geniş vüsət almaqdadır. Bu da öz növbəsində kiberrisklərdən qorunmaq məsələsini aktuallaşdırır. Rabitəbank da təhlükəsizliyin idarə edilməsini ən yüksək risk kateqoriyasına aid edir və bu sahəni daim nəzarət altında saxlamaqda maraqlıdır.
Ölkəmizdə rəqəmsal bankçılıqda ən müasir və innovativ həllər təklif edən Rabitəbank onlayn maliyyə əməliyyatlarında risklərin mövcudluğuna qarşı lazımi tədbirlər görməkdədir. Müştərilərin məlumatlarının təhlükəsizliyi üçün bank müasir texnoloji həllər təklif edən aparıcı şirkətlərin məhsullarından istifadə edir ki, bu da məlumatların mümkün qədər güclü qorunmasını təmin edir.
Rabitəbankın İT İnfrastrukturu Departamentinin rəhbəri Rəşad Mirzəyev bildirib: “Mütəmadi olaraq bankın İT Departamenti tərəfindən əməkdaşlar üçün təlimlər keçirilir, süni hücumlar hazırlanaraq əməkdaşların internetdə təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılır.
Bankın Mobil və İnternet Bankinq həlləri müasir təhlükəsizlik avadanlıqları ilə qorunur, istifadəçilərin eyniləşdirilməsi üçün son texnologiyalar tətbiq edilir. İnternetdə tranzaksiyaların təhlükəsizliyini qiymətləndirmək məqsədi ilə “Anti-Fraud” sistemi tətbiq olunur və hər hansı şübhəli əməliyyat zamanı bank əməkdaşları və müştərilər dərhal məlumatlandırılır.
Bankın Kart Biznesi Departamentinin rəhbəri Kəmalə Cəfərova qeyd edir ki, kart məlumatlarının qorunması təkcə bankın deyil, eyni zamanda müştərinin də məsuliyyətindədir. Müştəri heç bir halda kartın CVV kodunu, hər iki üzünün şəklini, onlayn ödəmə zamanı SMS vasitəsilə daxil olan “3D” təhlükəsizlik kodunu, PİN-kodunu (hətta bank əməkdaşı ilə) kənar şəxslərlə bölüşməməlidir: “Bütün kartlarımız “3D Security” xidmətini dəstəklədiyini nəzərə alaraq müştərilərin kart əməliyyatları üzrə fırıldaqçılıq halları minimuma endirilir. Kart əməliyyatlarına bankın təyin etdiyi risk qaydalar və limitlər çərçivəsində Onlayn Risk Monitorinq proqramı vasitəsilə monitorinq olunur. “Visa Risk Manager” və “Mastercard Fraud Center” platformaları üzərindən gün ərzində təyin etdiyimiz limitlər çərçivəsində əməliyyatların icrasına nəzarət edilir və riskli, şübhəli hallar aşkarlanarsa, müştərilərə məlumat verilir. Məlumat mərkəzinə müştərilər ilə mütəmadi əlaqə saxlanılması üçün ödəniş zamanı yarana biləcək riskli hallar barədə məlumat verilir. Elektron ticarət üzrə aşkarlanmış “fraud” (oğurluq) əməliyyatları keçən ticarət məntəqələri monitorinq olunur və şübhəli hallar varsa, bank tərəfindən qeyd olunan ticarət məntəqələri bloklaşdırılır.”
Bütün bu təhlükəsizlik tədbirləri elə yanaşı Rabitəbank müştərilərini də öz növbəsində təhlükəsizlik qaydaları ilə tanış olaraq tədbirli olmağa səsləyir. Şəxsi bank məlumatlarını qorumaq təlimatı ilə bu link vasitəsilə tanış ola bilərsiniz - http://rbt.az/security
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
























