Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Güzəştli kreditlərin 73%-ni "böyüklər" təşkil edib

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən böyük həcmli kreditlər üzrə 38 layihəyə 92.3 milyon manat güzəştli kredit verilib. Bu Fondun ötən il verdiyi 126.9 milyon manat cəmi güzəştli kreditin təxminən 73%-dir. Orta və kiçik həcmli kreditlər üzrə 870 layihəyə 34.6 milyon manat ayrılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Güzəştli kreditlərin 73%-ni "böyüklər" təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyini göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən fəaliyyəti dövründə müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə investisiya layihələrinin ümumi dəyəri 5.9 milyard manatdan çox olan 38 mindən artıq sahibkara 2.6 milyard manatadək güzəştli kredit verilmişdir.

Reklam_3_11

Marja Fonda istinadən xəbər verir ki, bu kreditlər hesabına 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.

Fond güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 40 kredit təşkilatı, o cümlədən 21 bank, 6 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) və 13 kredit ittifaqı ilə əməkdaşlıq edir. Hazırda müvəkkil kredit təşkilatlarının filial şəbəkələrinin sayı 246-sı (54%) regionlarda olmaqla 457-yə çatmışdır.

Müvəkkil kredit təşkilatlarına edilmiş müraciətlər

2020-ci ildə Fondun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 27 müvəkkil kredit təşkilatına ümumilikdə 1 193 müraciət daxil olmuşdur. Müvəkkil kredit təşkilatları tərəfindən müraciətlərin 1 174-ü müsbət qiymətləndirilmiş, 19 müraciətə isə sahibkarların təqdim etdiyi sənədlərin Qaydaya uyğun olmaması səbəbindən imtina edilmişdir. Müraciətlərin ümumi investisiya tələbatı 403 milyon 14.4 min manat, ümumi kredit tələbatı 175 milyon 624.7 min manat olmuşdur.

Fonda edilmiş müraciətlər

2020-ci il ərzində Fondun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 17 müvəkkil kredit təşkilatı vasitəsi ilə ümumilikdə 1 072 müraciət daxil olmuşdur. Müraciətlərin 886-sı müsbət qiymətləndirilmiş, 186 müraciətə isə sahibkarlıq subyektinin təqdim etdiyi hüquqi sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən imtina verilmişdir. Müraciətlərin ümumi kredit tələbatı 179.8 milyon manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 88.5 milyon manat, imtina edilmiş müraciətlər üzrə isə 91.4 milyon manat olmuşdur. Fonda daxil olan 1 072 müraciətdə 4 660 yeni iş yeri açılması nəzərdə tutulmuşdur ki, bunun da 2 521-i (54.1%-i) məqbul sayılan layihələrin payına düşmüşdür.

Hesabat dövründə Fond tərəfindən layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər hesabına 2725 yeni iş yerinin açılması imkanı yaranmışdır. Həmin vəsaitlərin maliyyə mənbəyini Fond tərəfindən əvvəlki illərdə verilmiş güzəştli kreditlər üzrə daxilolmalar, o cümlədən kredit üzrə əsas borc məbləği, faiz və digər daxilolmalar təşkil etmişdir.

Güzəştli kreditlərin respublikanın iqtisadi rayonları və Bakı şəhəri və qəsəbələri üzrə bölgüsü:

- Bakı şəhəri və qəsəbələri üzrə 32 layihəyə 26.7 milyon manat;

- Quba-Xaçmaz iqtisadi rayonu üzrə 160 layihəyə 10.7 milyon manat;

- Gəncə-Qazax iqtisadi rayonu üzrə 122 layihəyə 10.5 milyon manat;

- Abşeron iqtisadi rayonu üzrə 33 layihəyə 32.3 milyon manat;

- Aran iqtisadi rayonu üzrə 309 layihəyə 35.8 milyon manat;

- Şəki-Zaqatala iqtisadi rayonu üzrə 42 layihəyə 4.2 milyon manat;

- Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 28 layihəyə 2.4 milyon manat

- Dağlıq Şirvan iqtisadi rayonu üzrə 34 layihəyə 1.4 milyon manat;

- Lənkəran iqtisadi rayonu üzrə 148 layihəyə 2.9 milyon manat.

Güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü:

- Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 824 layihəyə 56.5 milyon manat;

- Kənd təsərrüfatı məhsullarının emalı üzrə 9 layihəyə 15.8 milyon manat;

- Sənaye məhsullarının istehsalı və emalı üzrə 59 layihəyə 47.3 milyon manat;

- Xidmət (infrastruktur) üzrə 6 layihəyə 1.6 milyon manat;

- Turizm üzrə 7 layihəyə 0.7 milyon manat;

- Digər (xidmət, tibb və s.) sahələr üzrə 3 layihəyə 5 milyon manat güzəştli kredit verilmişdir.

Güzəştli kreditlərin növlər üzrə bölgüsü:

- Kiçik həcmli kreditlər üzrə 773 layihəyə 12.2 milyon manat;

- Orta həcmli kreditlər üzrə 97 layihəyə 22.4 milyon manat;

- Böyük həcmli kreditlər üzrə 38 layihəyə 92.3 milyon manat güzəştli kredit verilmişdir.

2020-ci il ərzində verilmiş kreditlərin layihə sayı üzrə 99.5%-i (903 layihə) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Kreditin məbləği üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 84.2% təşkil edir.

Yeni texnologiyaların tətbiqinə əsaslanan maliyyələşdirilmiş investisiya layihələri

 Hesabat dövrü ərzində yeni texnologiyalara əsaslanan ümumi dəyəri 323.3 milyon manat olan 46 müəssisəyə, o cümlədən 1 aqropark, 1 iri fermer, 2 logistik mərkəz, 7 bağçılıq, 2 quşçuluq, 1 cins heyvandarlıq təsərrüfatı, 8 istixana kompleksi, 3 meyvə-tərəvəz və 2 süd emalı, 2 un və un məmulatları, 1 spirtli içki, 2 gübrə və pestisid, 3 tikinti materialları, 2 kağız və karton məmulatları, 1 plastik və kağızdan mətbəx qabları, 1 müxtəlif ölçülü metal qutu, 1 polietilen paket, 1 şüşə, şüşə paketləri və güzgü, 1 etiket və ilkin qida qablaşdırma materialları, 1 avtomobil (ehtiyat hissələrinin gətirilərək yığılması), 1 tibbi maska, 1 nəm salfet istehsalı və 1 tibbi xidmət olan müəssisəyə 89.3 milyon manat güzəştli kredit verilmişdir.

10.02.2021 12:36
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18