Azərbaycanda suyun qiyməti 2 dəfə qalxdı
Azərbaycanda suyun qiyməti 2 dəfə bahalaşdı.Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Marja xəbər verir ki, “Azərsu” ASC Şuraya müraciətində bildirir ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır.
Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, indiyədək suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.
Tarif Şurasının açıqlamasında deyilir:
"Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə sonuncu qiymət tənzimlənməsi 13.05.2016-cı il tarixində aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib.
Şuranın iclasında həmçinin, dərman vasitələrinin və maddələrinin ekspertizası xidmətləri tariflərinə də baxılıb. Belə ki, Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi Tarif (qiymət) Şurasına müraciət edərək, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertiza müddətinə edilən dəyişiklik və dərman vasitəsinin qeydiyyata alınması məqsədi ilə daha 4 növ ixtisaslaşdırılmış xidmətin müəyyənləşdirildiyini nəzərə alaraq, dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətləri üzrə tariflərə baxılmasını təklif edib.
İclasda publik hüquqi şəxsin müraciəti müzakirə olunub və yeni tariflər təsdiq edilib. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsait dərman vasitələrinin ekspertizasının daha qısa müddətdə aparılması və yeni xidmətlərin həyata keçirilməsi üçün əlavə iş yerlərin yaradılmasına, işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, analizlərin aparılması üçün əlavə avadanlıqların alınmasına yönəldiləcəkdir.
İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12442 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib".
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
-
27 d. əvvəl
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
- 33 d. əvvəl
- 41 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Apple Avropa İttifaqında tətbiq başına tutulan texnologiya ödənişini ləğv edir
-
2 saat əvvəl
FT: Eskalasiya artacağı təqdirdə, İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
Marketlər şəbəkəsi 100-cü mağazasını açmağa hazırlaşır
Ən çox oxunanlar
"Gübrə qiymətləri 2028-ci ilədək yüksək qala bilər"
Dövlət Şəkidə 2 milyon manatlıq əmlak kompleksini satışa çıxardı
Azərbaycanda daha 10 startap 3 il vergidən azad edildi - ADLARI
Azərbaycan neftinin son qiyməti
"Uber" şirkəti “Eats” çatdırılma xidmətinə "Zipline" dronlarını qoşur – gündə 1 milyon sifariş hədəflənir





















