“AccessBank” güzəştli aqrokreditlər təklif edir
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. “AccessBank” dövlət xətti ilə verilən kreditlərin sahibkarlara, xüsusilə də aqromüştərilərə çatdırılmasında fəal iştirak edir.
-“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın kiçik sahibkarlara təklif etdiyi məhsullar haqqında məlumat verib.
Xanım Qaşikulina, “AccessBank” dövlət xətti ilə sahibkarlara verilən vəsaitlərin onlara çatdırılmasında fəal rol oynayır. Bilmək istərdik, Bank olaraq, kənd təsərrüfatı sahəsində çalışanlara hansı xidmətlərinizi təklif edirsiniz?
Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə dövlət tərəfindən verilən kreditlərlə yanaşı, bizim daxili kreditlərimiz də vardır. Bank, uzunmüddətli kreditləri yatırım məqsədli layihələrər verir. Qısamüddətli kreditlər isə bir aqrodövrün maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Kiçik biznes üçün qısamüddətli kreditlər əsaəsn 15.000 AZN dəyərində olur və 12 ayadək verilir. Bu müddət üçün verilən kreditlərdə 9 ay güzəşt müddəti tətbiq olunur. Kredit 12-16% aralığında verilir. Müştəri kredit üçün banka müraciət etdikdə sorğu bankdaxili analiz edilir və növbəti 24 saat ərzində müştəriyə cavab verilir. Təkrar müştərilərdə isə qərarvermə müddəti 2-3 saat çəkir.
-Mikrokreditlərlə bağlı şərtləriniz nələrdir?
“AccessBank”da istər aqro, istərsə də mikrokreditlərin maksimal müddəti 48 ayadəkdir. Məbləğ isə 500-100000 AZN aralığındadır. Faiz dərəcəsi kreditin məbləğindən, müştərinin bankla münasibətlərinin tarixindən və tələb olunan müddətdən asılı olaraq müəyyən edilir; həmçinin güzəşt müddəti də verilir.
-“AccessBank”dan aqrokredit götürməyin üstünlükləri nələrdir?
Bizim geniş filial şəbəkəmiz və mikrokreditləşmə sahəsində böyük təcrübəyə malik mütəxəssislərimiz var. Bu da bizə qısa müddət ərzində düzgün maliyyələşdirmə aparmağımıza kömək edir. Bizə müraciət edən hər bir vətəndaş müştəridən qabaq, tərəfdaşımızdır. Müştərini anlamaq, maliyyə dəstəyi göstərmək və şəxsi maliyyə məsləhətçisi olmaq əsas məqsədimizdir. Bu halda bank və müştəri arasında münasibətlər daha da yaxınlaşır və tərəflər arasında etibar artır.
Bundan başqa, bankımızda sənədləşmə işi çox sadələşdirilib. Məsələn, artıq bu ilin sentyabr ayından müştərilərimiz banka gəlmədən, bir telefon zəngi ilə və ya rəsmi saytımızda sorğu yaradaraq 10.000 AZN-dək biznes kredit əldə edə bilərlər. Bu xidmətdən həm mikro, həm də aqromüştərilər yararlana bilərlər.
-Xanım Qaşikulina, “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir və ölkədə aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsində mühüm rol oynayır. Sizcə, bu sahədə uğurlu olmağınızın səbəbi nədir?
“AccessBank” olaraq, hazırda verdiyimiz mikrokreditlərin təqribən 40%-ni aqrokreditlər təşkil edir. Kredit verdiyimiz sahələr arasında heyvandarlıq ilk sıradadır – 25. Həmçinin bağçılıq və istixanalar da xüsusi paya sahibdirlər.
Qeyd etmək istərdim ki, “AccessBank”ın müştəri bazasını, əsasən daimi müştərilər təşkil edir. Bu bizi çox sevindirir. Demək ki, biz müştərilərimizin güvənini qazanmışıq, onlara verdiyimiz ilk kredit sayəsində biznesləri inkişaf edib və müştərilər bu inkişafı davamlı etmək üçün yenidən bizə müraciət ediblər. bizim Bizim bir zamanlar 500 AZN kreditlə başlayan və hazırda 100.000 AZN dövriyyəsi olan müştərilərimiz var. Yeni müştərilər cəlb etmək və bzinesin tələblərinə cavab vermək üçün daima yeniliklər edirik. Bizim kiçik biznes seqmenti üçün nəzərdə tutulmuş çoxlu planlarımız var. Onların həyata keçirilməsi müştərilərimizə əlavə rahatlıq bəxş edəcək.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
-
34 d. əvvəl
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
- 40 d. əvvəl
- 48 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Apple Avropa İttifaqında tətbiq başına tutulan texnologiya ödənişini ləğv edir
-
2 saat əvvəl
FT: Eskalasiya artacağı təqdirdə, İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
Marketlər şəbəkəsi 100-cü mağazasını açmağa hazırlaşır
Ən çox oxunanlar
"Gübrə qiymətləri 2028-ci ilədək yüksək qala bilər"
Dövlət Şəkidə 2 milyon manatlıq əmlak kompleksini satışa çıxardı
Azərbaycanda daha 10 startap 3 il vergidən azad edildi - ADLARI
Azərbaycan neftinin son qiyməti
"Uber" şirkəti “Eats” çatdırılma xidmətinə "Zipline" dronlarını qoşur – gündə 1 milyon sifariş hədəflənir




















