IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar!
(®️) Azərbaycan Beynəlxalq Bankı IBA mobile tətbiqindən istifadə edən müştərilərin imkanlarını daha da genişləndirib. Bank ölkəmizin lider mobil operatoru olan “Azercell Telekom” MMC ilə bu istiqamətdə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində IBA mobile tətbiqinə yeni funksiyalar əlavə olunub. Belə ki, indi Bankın IBA mobile tətbiqinin istifadəçiləri Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini də bu tətbiq vasitəsilə aktivləşdirə bilərlər.
Xidmətlərə qoşulma qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən IBA mobile-da “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.
Bookmate xidməti mütaliə həvəskarları üçün nəzərdə tutulub. Bu xidmət dünya və Azərbaycan ədəbiyyatının 4 milyondan çox nümunəsinin elektron və audio formatını özündə cəmləşdirir. IBA mobile vasitəsilə qoşula biləcəyiniz NNTV xidməti isə 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn qaydada, yüksək keyfiyyətlə izləməyə şərait yaradır. BluTV xidməti də Türkiyə kino və seriallarını, eləcə də televiziya kanallarını smartfonlarda, yaxud SMART TV-də 4K keyfiyyətdə izləmək üçün keyfiyyətli həlldir. Kino həvəskarları Azercellin ivi xidmətinə də IBA mobile ilə qoşulub dünyanın ən populyar və eksklüziv filmlərini eyni anda 5 cihazda izləyə bilərlər.
IBA mobile tətbiqinin ən böyük üstünlüklərindən biri ƏDV faizlərini bu tətbiq vasitəsilə ən rahat şəkildə geri almağın mümkünlüyüdür. Bundan başqa, istifadəçilər kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlərini, eləcə də cərimə, ipoteka, təhsil haqqı ödənişlərini bu tətbiq vasitəsilə çox rahat şəkildə ödəyirlər. IBA mobile vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. Tətbiqlə kartdan-karta köçürmələr aparmaq, hesablar, kartlar barədə məlumatlar almaq, əməliyyat tarixçəsini əldə etmək olar. IBA mobile istifadəçiləri zəruri hallarda bu tətbiqlə kartlarını bloklaşdıra və blokdan çıxara, “SMS-xəbərdarlıq” xidmətini aktiv və deaktiv edə, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsi barədə məlumat əldə edə, daim yenilənən valyuta məzənnələrindən xəbərdar ola bilərlər.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya inzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini bildirib: “Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.
Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov qeyd edib: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.
IOS və Android istifadəçiləri IBA mobile əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
18 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
18 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 18 saat əvvəl
-
18 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
18 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub





















