Onlayn mağazanızı yaradaraq satışlarınızı artırın!
“Azercell Biznes”-in təkmilləşdirilmiş “Biznesim Veb” xidməti COVID-19 pandemiyası dövründə korporativ müştərilər üçün böyük imkanlar açır(®️) Pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə “Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır.
Belə ki, təqdim olunan yeni “Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır. Təkmilləşdirilmiş bu xidmət COVİD-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. “Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.
“Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də “Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elektron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkşafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qeydiyyatı, hostinq, Google xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər üstünlüklərdən də faydalana bilər.
Yaradılacaq veb səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən “Users” xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən “Blog” xidməti də əlavə olunnmuşdur.
Bunlarla yanaşı, “Biznesim Veb” xidmətinə həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.
Qeyd edək ki, xidmət çərçivəsində yaradılan saytın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə saxlayın və ya business@azercell.com ünvanına müraciət edin.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmağı hədəfləyən “Azercell Biznes” müştərilərini yeni nəsil həllərin tətbiqi yolu ilə fərdiləşdirilmiş xidmətlə təmin etmək, fərqli məzmunda məhsullar təqdim etməklə onların inkişafına imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 5 d. əvvəl
- 7 d. əvvəl
-
18 d. əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
23 d. əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 45 d. əvvəl
-
2 saat əvvəl
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
-
2 saat əvvəl
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ən çox oxunanlar
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər





















