“SOCAR Turkey” Avropadan qrant alacaq

“SOCAR Turkey” Ar-Ge (tədqiqat və inkişaf) Mərkəzinin konsentrasiya edilmiş günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi qiymətli kimyəvi maddələri istehsal edəcəyi “Nefertiti” layihəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən maliyyələşdiriləcək.
Şirkətdən bildirilib ki, güclü rəqabətin olduğu “Enerji sahəsi 2020” çağrışlarından qrant almaq hüququnu əldə edən konsorsiumdaki 10 beynəlxalq şirkətdən biri olan “SOCAR Turkey” Ar-Ge Mərkəzinin layihəsinin 389 min avroluq büdcəsi bütövlükdə bu proqram tərəfindən qarşılanacaq.
İnnovasiyaya böyük əhəmiyyət verən Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey” Ar-Ge üzrə fəaliyyətlərini artırmağa yönələn işlərini sürətləndirib. “Petkim”in 51 illik Ar-Ge təcrübəsini bütün qrupa yaymaq üzrə 2019-cu ilin dekabr ayında yaradılan “SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş.” dəyər zəncirindəki bütün səhmdarları üçün katalizator və rəqəmsal texnologiyaları təkmillədirməyi öz qarşısına hədəf olaraq qoyur.
“SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş.”nin direktoru Bilal Quliyev bir il ərzində əhəmiyyətli layihələrə imza atdıqlarını bildirərək günəş enerjisi ilə karbon dioksiddən etonol/izopropanol kimi kimyəvi maddələr istehsal etməyi öz qarşısına hədəf olaraq qoyan “Nefertiti” layihəsinin Avropa Komissiyası “Üfüq 2020 Qrant Proqramı” tərəfindən maliyyələşdiriləcəyini deyib. Avropa İttifaqı layihələrinin üzərində 2012-ci ildən çalışdıqlarını, növbəti ildə pilot miqyaslı məhsulların istehsalına başlanacağını qeyd edən B.Quliyev bildirib: “İspaniya, Çin, ABŞ, İrlandiya, Niderland və Cənubi Kiprdən 10 beynəlxalq şirkətin yer aldığı layihə konsorsiumundaki tək türk şirkət olmaqdan böyük qürur duyuruq. Karbondioksid və suyun kimyəvi maddələrə çevrilə biləcəyi layihəylə bərpaolunan enerji mənbələrindən istifadənin artırılması mövzusunda təcrübələrimizin artmasını öz qarşımıza məqsəd olaraq qoyduq. Həmçinin bu layihənin “SOCAR Turkey”in orta və uzun müddətli enerji strategiyalarına da töhfə verəcəyinə inanırıq”.
SOCAR Ar-Ge Mərkəzinin qarşıdakı dövrdə sektora istiqamət verəcək işlərə imza atacağını deyən B.Quliyev qeyd edib: “Hazırda mərkəzimizdə akademik səviyyəsi doktor olan 6 tədqiqatçı var. Müdafiələrini başa çatdırmaq üzrə olan 2 tədqiqatçımız ilə birgə bu say 8-ə çatacaq. Dəstəmizə doktorluq dərəcəsi olan yeni tədqiqatçıların cəlb edilməsi üzərində də fəaliyyətlərimiz davam edir. Bu məqsədlə TÜBİTAK Elm Xadimlərini Dəstəkləmə Proqramı Rəhbərliyi (BİDEB) tərəfindən açılması planlaşdırılan sənayenin ehtiyaclarına istiqamətlənmiş insan resursunun, keyfiyyət və kəmiyyətinin yaxşılaşdırılmasını öz qarşısına məqsəd olaraq qoyan “2244-Sənaye Doktorantura Proqramı” çağırışına müraciət etmək üzrə hazırlıqlarımız davam etdiririk”.
Aliağa Neftayırma və Neft-Kimya İş Birimi kampusunda yerləşən “SOCAR Turkey” Ar-Ge Mərkəzi 1200 kvadratmetrlik sahədə yaradılan, reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biyotexnologiya, kimyəvi təhlil və kromatoqrafiya sahələrində xidmət göstərəcək 6 laboratoriyaya malikdir. Ar-Ge Mərkəzində polimer hazırlama, polimerizasiya və katalizator sınaq sistemlərinə imkan verəcək 400 kvadratmetrlik bir pilot istehsal müəssisəsi ilə ofislər də yerləşir. “SOCAR Turkey Ar-Ge ve İnovasyon A.Ş” Ar-Ge işlərinə investisiyaları artıraraq “SOCAR Turkey”i rəqabətcil mövqedə saxlamaq və innovativ həllərlə şirkətin davamlı böyüməsinə töhfə verməyi öz qarşısına məqsəd qoyub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 gün sonra
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Valyuta mübadiləsilə məşğul olan “Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldı
-
8 saat əvvəl
Artıq Azərbaycana idxal olunan minik avtomobillərinin yarısı hibrid və plagin-hibrid modellərdir
-
8 saat əvvəl
Azərbaycanın ixracı azalıb, idxalı artıb - MÜSBƏT SALDO 3 DƏFƏDƏN ÇOX KİÇİLİB
-
8 saat əvvəl
Bank "Palo Alto Firewall yearly maintenance 2025" üzrə tender elan edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
İlin əvvəlindən 17 min nəfərə yaxın artmışıq - 45 min 616 doğulan körpə, 29 min 400 ölüm halı
Son Xəbərlər

Ən ucuz uçuş və otel təklifləri bir platformada

Azərbaycanın BOKT bazarında satınalma

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Valyuta mübadiləsilə məşğul olan “Meta-Kapital” cəzalandırıldı -Lisenziyanın qüvvəsi dayandırıldı

Bu il 1100 nəfərə yaxın ölkə sakini Azərbaycandan gedib

İlin əvvəlindən 17 min nəfərə yaxın artmışıq - 45 min 616 doğulan körpə, 29 min 400 ölüm halı

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

Kovörkinq şirkəti Bakı Ağ Şəhərdə filialını açıb - MASA QİYMƏTLƏRİ

Sabahın hava proqnozu açıqlandı

Bank 29-cu filialını Bərdə şəhərində açdı

Azərbaycanın premium qida markası 4-cü mağazasını açıb
