“Ermənistanın hərbi texnika itkisi 3,8 milyard dollardır”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibovun şərhi
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.
44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub.
Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.
2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Ancaq, Ermənistan cəmi 44 gün ərzində 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.
İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikasının dəyəri Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Konvensional Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də kobudcasına pozduğunu və limitdən artıq silah və hərbi texnikaya malik olduğunu da aydınlaşdırdı. Cəmi 716 milyon ABŞ dolları həcmində hərbi büdcəyə malik olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla izah olunmur. Belə ki, 2,32 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək üçün yetərli deyildir. Bu isə bir daha ötən 30 il ərzində Ermənistanın qanunsuz formada və əvəzi ödənilmədən silahlandırılması faktına diqqət çəkir. Təsadüfi deyildir ki, əvəzi ödənilmədən Ermənistana verilən hərbi texnika və vasitələr sonradan bu ölkənin sərvətlərinin üçüncü tərəflərə güzəştə gedilməsinə də səbəb olub. Belə ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da qeyd olunduğu kimi “dalanda dirənmiş” bu ölkə enerji, nəqliyyat, logistik və kritik infrastrukturunun fəaliyyəti üzrə üçüncü ölkələrdən tamami ilə asılı vəziyyətə düşüb.
Müharibənin elə ilk günündən etibarən “Hayastan” və digər fondlar vasitəsi ilə Ermənistan üçün “humanitar yardım” toplanması da Ermənistanın resurs müharibəsindəki zəifliyinə nümunədir. Bu, həm Ermənistanın Azərbaycanla müharibə aparma potensialının olmamasını, həmçinin adi şərtlər altında bu ölkənin heç bir müstəqil iqtisadi və hərbi gücə malik olmadığını göstərir. Cari il üzrə 7 faizlik geriləmə proqnozuna malik, hərbi məğlubiyyətə uğrayan, ciddi ərzaq təhlükəsizliyi problemi, demoqrafik böhran yaşayan, pandemiyanın tüğyan etdiyi və hazırda davam edən siyasi böhran Ermənistan üçün yaxşı gələcək vəd etmir. 200 milyon ABŞ dolları civarında yığılan “humanitar fond”, müxtəlif ölkələrin maddi yardımları da, erməni fikir adamlarının təbirincə desək, “tarixinin ən fəlakətli günlərindən biri”ni yaşayan ölkə üçün kifayət etməyəcəkdir. Yalnız Azərbaycan və onun müttəfiqi Türkiyə ilə normal münasibətlərin qurulması “məğlub ölkə” sindromundan hələ uzun illər əziyyət çəkəcək Ermənistan üçün yeganə çıxış yoludur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 13 d. əvvəl
-
17 d. əvvəl
Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
-
1 saat əvvəl
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
Polipropilen və laminatlı kisə müəssisəsinin təməli qoyuldu - 11,2 milyon manat yatırılacaq, 140 iş yeri yaradılacaq
Ən çox oxunanlar
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
6 milyon manatlıq güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu - 30 nəfər işlə təmin olunub
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
Azərbaycan neftinin son qiyməti





















