“Nihona səfərim müdətində onların görüş vaxtından azı beş dəqiqə əvvəl gəldiyinin şahidi oldum”
Məsuliyyətlilik, ciddilik və peşəkarlıqBu mətn Nihon diyarına səfərimin son günlərində onun mədəniyyətinə, tarixinə və millətinə dərin heyranlıq hissi ilə yazılmışdır.
Nihon ilə bağlı çərçivəyə sığmaz təəsürratlarımı, düçüncələrimi qələmə almamışdan əvvəl aydınlaşdırdım ki, tarixin dərinliyindən gələn belə bir zəngin və əngin mədəniyyəti balaca bir məqaləyə yerləşdirmək çətin iş olacaq. Buna baxamayaraq, Nihon xalqının qonaqpərvərliyi və xoşniyyəti müqabilində öz fikirlərimi sizinlə bölüşmək barədə qərar aldım.
Qloballaşan dünya hər bir sahədə qarşılıqlı hörmət və anlayışla bizi onun tərkib hissəsi olmağa səsləyir. Bu surətli inkişaf bizlərin qarşısında geniş pəncərələr açır, mədəniyyət, iqtisadiyyat, elm və başqa sahələrdə təcrübə və fikir mübadiləsi üçün yeni imkanlar yaradır. Həmçinin, sürətli məlumat axını dünyanın hər bir küncündə başverən siyasi, iqtisadi və mədəni hadisələr haqqında məlumatlı olmağımı təmin edir.
Gün doğan ölkəyə gəlməmişdən qabaq, onun mədəniyyəti, tarixi və iqtisadiyyatı haqqında kitablardan, məqalələrdən və.s mənbələrdən məlumat əldə etmişdim. Hər birimizin bildiyi kimi bu ölkə iqtisadiyyatı, yüksək texnologiyası, elmi-texniki tərəqqisi ilə dünyadan qabaqcıl yerlərdən birini tutur.
Nihona çatandan sonra onun haqqında olan düşüncələrim müsbət istiqamətdə daha da irəlilədi. Mülayimlik, qonaqpərvərlik, həmçinin məsuliyyətlilik, qarşılıqlı hörmət və anlaşma, o cümlədən məsələlərə peşakar yanaşma tərzinin qoyuluşu məni heyrətləndirdi.
Ölkələrimiz arasındakı uzaq məsafəyə, mədəni və dil fərqliliklərinə baxmayaraq hər bir Nihon ölkəsinin nümayəndəsi ölkələrinə gəlmiş qonaqlara tərəddüt etmədən kömək edir, əllərindən gələnin ən yaxşısını etməyə çalışır, hətta bəzən bir-birimizi anlaya bilməsəkdə. Bu xoş niyyəti onların parlaq çöhrələrində və böyük təbəssümlərində də görə bilərsiniz. Bu sadalanan xüsusissətləri dəqiqləşdirmək məqsədi ilə onların dilinə nəzər yetirmək kifayətdi. Çünki hər bir dil o cəmiyyətin keçdiyi tarixi və mədəniyyətini əks etdirir. Odur ki, bu incə ruhlu insanlar “xeyr (tərcüməsi - Lie)” sözünü qarşı tərəfin könlünü sındırmamaq üçün istifadəsindən çəkinirlər.
Bütün bunlarla yanaşı, məsuliyyətlilik, ciddilik və peşəkarlıq Nihon mədəniyyətində əsas prinsiplərdəndir. Səfərim müdətində onların təyin olunmuş görüş vaxtından azı beş dəqiqə əvvəl gəldiyinin şahidi oldum. Görüşlər zamanı müzakirə edilən məsələlərin hər bir nüansına diqqət yetirdiklərinin, ortaya çıxan maneələrin səbəbini aşkarlayarq kökündən həll etməyə çalışdıqlarına müşahidə etdim. Bütün bunların əsas səbəblərindən biridə təhsilə, elmə verilən diqqətdir. Odur ki, kitab mağazalarına daxil olduqda orda olan sıxılıq asanlıqla nəzərə çarpır.
Təhsilə olan marağın nəticəsidir ki, bu gün dünya bazarına ən qabaqcılq texnoloji məhsulları təqdim edirlər. Tarixə nəzər saldıqda bu uğurların bu günün nəticəsini olaraq yox, vərəqlərini toz basmış, köhnəlmiş tarix səhifələrində damla-damla mürəkkəblə yazıldığını görə bilərik. Elektrikin kəşfindən əvvəl Nihonun EDO dövründə çay xidməti göstərən “KARAKURİ” mexaniki gəlinciyi ixtira edilmişdir.
Bütün yuxarıda qeyd edilə xüsusiyyətlər tarix boyu xalqın elm və mədəniyyətə töhvələr verməsinə səbəb olmuşdur. Belə səbəb-nəticə əlaqələrindən biri də Şəxsi disiplin, komanda ruhu, həmçinin davamlı və dayanıqlı inkişafı üzərində qurulan KAİZEN fəlsəfəsidir. KAİZEN fəlsəfəsini günlük həyat tərzinə çevirməyə çalışdıqları üçün bu fəlsəfə iri şirkətlərin də fəaliyyətinə sirayət etmiş, dünyanın nəhəglərindən biri olan TOYOTA şirkəti KAİZEN fəlsəfəsini özünə mayak seçmiş, istehsalını bu istiqamətdə formalaşdırmışdır. KAİZEN fəaliyyəti istehsal prosesinin ən əvvəlindin ən sonunadək hər bir mərhələni əhatə etməkdə və diqqət kənarda qoymamaqdadır. İşçilər bu fəlsəfənin mərkəzində dayanır və bu fəlsəfə işçilərlə rəhbər arasında qarşılıqlı hörməti özündə ehtiva edir, yəni “hamoniya (tərcüməsi - WA)” əsas prinsiplərindəndir. 3S-in (Sort, Shine, Set) tətbiqi ilə işlərin asanlaşdırılması, işlərin surətləndirilməsi üçün “standartlaşdırma”, xüsusi metodların tətbiqi ilə “itkilərin (tərcüməsi - MUDA)” aydınlaşdırılması digər prinsiplər sırasına daxildir. Bütün bu prinsiplər və metodlar haqqında ayrı bir məqalə yazmaq mümkündür, lakin sizi bununla yormaq istəmədiyimdən burada sonlandırıram.
Diqqət yetirdinizsə Nihon deyə bəhsi keçən bu diyar Yaponiyadır. Yaponlar öz dillərində Yaponiyanı Günəşin doğdu yer mənasını verən Nihon adlandırırlar. Bu səfərim, gördüklərim Yaponiyanın, elmin, mədəniyyətin xoş niyyətin günəş kimi doğduğu diyarın dünyaya verəcəyi töhvənin hələ çox olduğunu deməyə imkan verir.
Müəllif: Rauf Tağıyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 saat sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 31 d. sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bir ton qarğıdalının orta idxal dəyəri 378 dollardan 470 dollara yüksəlib
-
12 saat əvvəl
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Limak Group” investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir
-
14 saat əvvəl
Bitki və heyvan mənşəli yağların idxalı 136 milyon dollara yaxınlaşıb
-
14 saat əvvəl
PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Azərbaycan daha az buğda idxal edib, amma daha çox pul xərcləyib
Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kərə yağı idxalında geriləmə – Orta dəyər də aşağı düşüb
Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Azərbaycanda idxal 3,2 milyard dollar azalıb – maşın və avadanlıqların alınmasına 2 milyard dollar xərclənib




















