“Azəraqrartikinti”nin xalis mənfəəti azalıb
“Azəraqrartikinti” ASC 2019-cu ili 1 milyon 357 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 598 min manat və ya 30,5% azdır. Şirkət 2018-ci ili 1 milyon 955 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatlarına istindən xəbər verir ki, 2019-cu ildə “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 131 milyon 507 min manat təşkil edib. Şirkət 2018-ci ildə 105 milyon 797 min manat əsas əməliyyat gəlirləri əldə etmişdi.
Ötən il əsas əməliyyat gəlirlərinin 25 milyon 710 min manat artmasına qarşılıq satışın maya dəyəri 27 milyon 83 min manat artıb. Xərclərin gəlirlərdən daha çox artması mənfəətin azalmasına səbəb olub.
Ötən il “Azərbaqrartikinti”nin bölüşdürülməmiş mənfəəti 9 milyon 155 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “Azəraqrartikinti” ASC 29 milyon 403 min manat cəmi aktivlərə malik olub. 2018-ci ilin sonunda şirkətin cəmi aktivləri 28 milyon 411 min manat təşkil etmişdi.
Ağalar Vəliyev 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi “Azəraqrartikinti” ASC tərəfindən aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
-
35 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
36 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb







.jpg)















