Mikayıl Cabbarov dəmir filizi və qızıl yataqları ilə tanış olub
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən, metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkə ərazisində əlvan metal filizi yataqları ilə bərabər, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və sahənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilib.
Dövlət başçısının müvafiq Sərəncamının icrası vəziyyəti ilə tanış olmaq məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkəsən rayonunda “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqlarında olub. Əvvəlcə “Daşkəsən” dəmir filizi yatağına və filizsaflaşdırma sahəsinə baxış keçirilib.
“AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək, mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən qiymətləndiriləcək. Proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb. Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. İqtisadiyyat naziri dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.
Sonra sahədə yerləşən filizsaflaşdırma kombinatına baxış keçirilib. Nazir uzun müddətdir ki, istifadəsiz qalan müəssisənin mövcud vəziyyəti ilə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb. Bildirilib ki, görülən işlər həm rayonun, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyat naziri səfər zamanı kombinatın əməkdaşları ilə də görüşüb. Görüş zamanı müəssisənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev görülən işlərin istər rayonun, istərsə də ümumilikdə qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyini, inkişaf üçün yeni perspektivlər yaradacağını qeyd edib.
İqtisadiyyat naziri “AzerGold” QSC-nin "Çovdar" filiz emalı sahəsində də olub. Yatağın istismarı nəticəsində əldə edilmiş iqtisadi göstəricilər barədə nazirə məlumat verilib. Qeyd olunub ki, fəaliyyətdə olduğu 4 il ərzində QSC həm maliyyə sabitliyi, həm də əməliyyat effektivliyi istiqamətində ciddi uğurlara nail olub. Bu müddət ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manata yaxın vəsait cəlb olunub. Bu vəsaitin 36,7 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bildirilib ki, 2016-2019-cu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb ki, bu məbləğin də 15 milyon manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.
Sonra “Çovdar” filiz emalı sahəsində istehsalat zəncirinin bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib, “AzerGold” QSC tərəfindən yaxın perspektivdə istismarı nəzərdə tutulan yataqlar barədə məlumat verilib, hazırda davam etdirilən geoloji kəşfiyyat işləri, eləcə də ətraf mühitin mühafizəsi və korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan layihələrlə bağlı təqdimatlar edilib.
İqtisadiyyat nazıri həmçinin, mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani tanış olub.
Sonda “Çovdar” yatağının yaxınlığında yerləşən və hazırda istismarına hazırlıq görülən “Ağyoxuş” qızıl yatağı ümumi baxış nöqtəsindən müşahidə olunub, bu istiqamətdə aparılan işlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Ssərəncamına uyğun olaraq, “AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayıb. Yataq 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar olunub, 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
12 saat sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 2 saat əvvəl
-
5 saat əvvəl
Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub
-
11 saat əvvəl
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu - FOTOLAR
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Əliyevlə Tramp arasında telefon danışığı olub
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb
Ən çox oxunanlar
"Atəşgah Sığorta Qrupu"nun yarımillik vəziyyəti məlum olub
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu - FOTOLAR
“Fairmont Baku Flame Towers” hotelinə yeni baş direktor təyin edilib
AQTA “Saffren” və “Spirulina” ilə bağlı təhlükə elan etdi
“Böyük Qayıdış” proqramının icrası 30,4 faiz olub
"AutoStar Kaukasus" yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi - FOTOLAR





















