Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Pulsuz bank xidmətləri üzrə təkliflər paketi hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulsuz bank xidmətləri üzrə  təkliflər paketi hazırlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim etmişdir.

Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə,

 “Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulmuşdur.

Banklar  tərəfindən aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim olunması ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcəkdir.

XXX

Azərbaycan Banklar Assosiasiyasında (ABA) aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bankın hazırladığı təkliflər paketi ilə bağlı müzakirələr aparılıb.

Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. İclas zamanı ödəniş kartlarının müəyyən hissəsinə uyğun bank hesablarının açılmamasının ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş bir çox tədbirlərin effektiv icrasına maneələr yaratması, həmçinin aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bank tərəfindən hazırlanmış təkliflər paketi istiqamətlərində müzakirələr aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

14.09.2020 15:28
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank Zabratda filial açdı
Bank Zabratda filial açdı
23.05.2025 14:59
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ