“AccessBank”ın əsas səhmdarı Azərbaycanı dəstəkləməyə davam edir
Asiya İnkişaf Bankının İdarə Heyəti 2021-2023-cü illər üçün biznes plan təsdiqləyib və bu çərçivədə Azərbaycana 780 milyon dollar məbləğində vəsait ayırmağa hazırdır. Biznes plana əsasən, AİB bu dövrdə Azərbaycana təhsil, irriqasiya, biznesə dəstək, iqtisadi islahatların dəstəklənməsi və dəmir yollarının inkişafı layihələri üçün 5 kredit ayıracaq.
Bununla yanaşı, 2021-ci ildə Bank ölkə üçün 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə 325 milyon dollar məbləğində krediti ehtiyatda saxlayıb. AİB bu illərdə Azərbaycana iqtisadi islahatları dəstəkləmək üçün 500 milyon dollar kredit ayırmağı da planlaşdırır. Bank, krediti hər biri 250 milyon dollar olmaqla, 2 dəfəyə təqdim etməyi nəzərdə tutur. Yüksək texnologiyalar və innovasiyalar sahəsində layihələrin hazırlanması üçün isə AİB daha 15 milyon dollar ayıracaq.
Bank 2021-2023-cü illərdə Azərbaycana həmçinin 4,5 milyon dollar məbləğində texniki yardım da göstərəcək.
“Azərbaycan və Asiya İnkişaf Bankı artıq 20 ildir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdirir, layihələr həyata keçirirlər. AİB-ın bu yaxınlarda təsdiqlənmiş biznes planına əsasən, bizim ortaq fəaliyyətlərimizin əsas istiqamətləri razılaşdırılıb. Pandemiyaya baxmayaraq işlər davam etdirilir.” - deyə təşkilatın Azərbaycan üzrə direktoru Nəriman Manapbekov bildirib.
Asiya İnkişaf Bankı Azərbaycanın ən böyük tərəfdaşı kimi 1999-cu ildən bəri ölkəyə 5 milyard dollardan çox maliyyə dəstəyi göstərib. AİB-ın Azərbaycanla tərəfdaşlıq strategiyası özəl sektorun inkişafı, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının güclənməsinə kömək etmək məqsədi daşıyır.
Asiya İnkişaf Bankı səhmlərin 19,90%-nə sahib olmaqla, “AccessBank”ın əsas səhmdarıdır. “AccessBank” 2002-ci ildən bəri kiçik və orta sahibkarlara xidmət göstərir və 18 ildir Azərbaycanda mikrokreditləşmə üzrə liderdir. Bankın səhmdarları arasında AİB ilə yanaşı Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və s. kimi beynəlxalq təşkilatlar yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 28 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























