"Banklara tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalıdır"
"Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklara qarşı tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalı və əmanətçilər həmin tədbirlər barədə məlumatı əldə etmək imkanına malik olmalıdırlar".
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası adından “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında bildirilib.
Qərarda qeyd edilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.
Təshih anlayışı düzəliş aparmaq, düzəltmək mənalarını ehtiva edir. Təshih tədbiri bankın restrukturizasiyası və bərpasına yönələn tədbirlər paketi olmaqla onun tətbiqinin əsas məqsədi bankların maliyyə vəziyyətinin sağlamlaşdırılması və yaxşılaşdırılmasıdır. Belə ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banklara tətbiq edilən təshih tədbirləri banklarda pul və maliyyə sabitliyinin saxlanması, bank sisteminin səmərəliliyinin təmin olunması, əmanətçilərin maraqlarının müdafiəsi kimi əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlənir.
“Banklar haqqında” Qanunun 47.1-ci maddəsinə uyğun olaraq, bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, maliyyə bazarlarına nəzarət orqanının verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının banka təsir tədbirlərini tətbiq etmək hüququ vardır.
Həmin Qanunun 47.4-cü maddəsinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir. Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.
Təshih anlayışı düzəliş aparmaq, düzəltmək mənalarını ehtiva edir. Təshih tədbiri bankın restrukturizasiyası və bərpasına yönələn tədbirlər paketi olmaqla onun tətbiqinin əsas məqsədi bankların maliyyə vəziyyətinin sağlamlaşdırılması və yaxşılaşdırılmasıdır. Belə ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banklara tətbiq edilən təshih tədbirləri banklarda pul və maliyyə sabitliyinin saxlanması, bank sisteminin səmərəliliyinin təmin olunması, əmanətçilərin maraqlarının müdafiəsi kimi əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlənir.
“Banklar haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, maliyyə bazarına nəzarət orqanı buna nail olmaq üçün banka bəzi təshih tədbirlərini tətbiq edə bilər:
- banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının həyata keçirilməsi və əqdlərin bağlanması;
- depozitlərin qəbul edilməsi;
- maliyyə güzəştlərinin verilməsi və s.
Qanunvericiliyin tələbinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklar tərəfindən “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələrinin tələbləri pozularaq təshih tədbirlərinə riayət edilməməsi nəticəsində fiziki şəxslərdən banklara və ya bankın filiallarına təqdim edilmiş əmanətləri qəbul etməkdə davam etməsi halı son nəticədə vicdanlı əmanətçilərin Konstitusiya və qanunlarla qorunan maraqlarına və hüquqi gözləntilərinə mənfi təsir göstərməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
18 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
18 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 18 saat əvvəl
-
18 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
18 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub

























