“Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm“
Andrea Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetində kommersiya elmləri üzrə magistr dərəcəsi alıb və maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun İnvestisiya Komitəsinin və Direktorlar Şurasının (2019-cu ildən), həmçinin mikro, kiçik və orta sahibkarlıq üzrə SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika) Direktorlar Şurasının üzvüdür (2017-ci ildən). Xanım Haqmann 2019-cu il dekabr ayından etibarən “AccessBank“ın Müşahidə Şurasının üzvüdür.
“AccessBank“ın Müşahidə Şurasının üzvü Andrea Haqmann ilə müsahibə
- Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və diversifikasiyası yolu ilə getməyi qərara alıb. Hökumət ölkədə xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirib. Kiçik və orta biznes sektoruna xidmət göstərən “AccessBank”ın rolunu necə görürsünüz?
Azərbaycanda iqtisadi artımın əsas mənbəyi, əvvəlki kimi, neft-qaz sektorudur. Son illərdə hökumətin diqqətinin iqtisadiyyatın diversifikasiyasında cəmlənməsinə baxmayaraq, neftin qiymətinin aşağı düşməsi ilə müşayiət olunan pandemiya iqtisadiyyatın nə dərəcədə həssas olduğunu göstərdi.
Mən əslən avstriyalıyam – bu ölkədə mikro, kiçik və orta bizneslər iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də mən kiçik sahibkarlığın ölkə iqtisadiyyatına gətirə biləcəyi üstünlüklərdən xəbərdaram. O, iş yerlərinin yaradılmasına, gəlirlərin formalaşdırılmasına kömək edir və ən nəhayət, yoxsulluq səviyyəsini aşağı salır. Kiçik sahibkarlıq böhran vəziyyətlərində iqtisadiyyatı sabitləşdirməyə şərait yaradır. Amma əlbəttə ki, iqtisadiyyatın bütün digər sektorları kimi, kiçik sahibkarlıq da koronavirus kimi gözlənilməz vəziyyətlərdən sığortalanmayıb.
Bank sektoru xüsusiləşdirilmiş maliyyə məhsulları təqdim etməklə sağlam və sabit kiçik sahibkarlıq sektorunun inkişafının dəstəklənməsində həlledici rol oynayır. “AccessBank”ın da rolunu mən məhz bunda görürəm. Bankın kollektivi, fərdi xidmətlərə və maliyyə dəstəyinə ehtiyacı olan kiçik müəssisələrə xidmət göstərilməsi üzrə çoxillik təcrübəyə və dərin biliklərə malikdir. Mən hələ 10 il əvvəl, Avstriya İnkişaf Bankının İdarə Heyətinin üzvü olduğum vaxtlardan “AccessBank”ın fəaliyyəti ilə tanışam. 2017-ci ildə bu vəzifəni tərk etdikdən sonra məni “AccessBank”ın Müşahidə Şurasına dəvət etdilər və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. “AccessBank”da çalışan insanların təcrübəsini və onların kiçik müəssisələrə göstərdikləri zəruri xidmətləri yüksək qiymətləndirirəm. Əminəm ki, “AccessBank” yaranmış vəziyyətin öhdəsindən uğurla gələcək, öz mövqelərini möhkəmlədəcək və Azərbaycanda kiçik biznes üçün ən etibarlı tərəfdaş kimi mühüm rol oynamaqda davam edəcək.
- “AccessBank”ın Müşahidə Şurasının üzvü vəzifəsində öz gələcək fəaliyyətinizi necə görürsünüz?
Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm. Bu dövrdə bütün dünyada kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış bir çox banklara maliyyə dəstəyi göstərmişik. Biz bankı 2008-ci ildə, yəni ümumdünya maliyyə böhranı ilində təsis etmişik – mənim bu böhranı adlamaq təcrübəm var və mən bu təcrübəni bölüşməyə hazıram. Hazırda kiçik və orta sahibkarlığın inkişafı üzrə müxtəlif fondların direktorlar şurasının üzvüyəm və bu, mənim cari vəziyyətdən və sektordakı yeniliklərdən xəbərdar olmağıma imkan verir.
“AccessBank”ın Müşahidə Şurasında hazırda yeganə qadın olmağımla fəxr edirəm. Bu, gözəl xanımların rəhbər vəzifələrdə çalışdıqları bankda mövcud olan gender tarazlaşdırıcı kadr siyasətinin daha da güclənməsinin göstəricisidir. Mən əminəm ki, çətin zamanlarda təşkilatların sabit olmaları üçün hər iki cinsin nümayəndələrindən olan peşəkarların əməkdaşlığı, onların bacarıq və təcrübələrinin bir araya gətirilməsi çox vacibdir. Məhz bu cür vaxtlarda tarazlaşdırılmış kadr siyasəti mühüm rol oynayır – o, çətinlikləri asanlıqla dəf etməyə kömək edir.
-“AccessBank” Azərbaycanda yeganə bankdır ki, sosial məsuliyyət və ətraf mühitin mühafizəsi onun üçün əsas dəyərlərdən biridir. Məsuliyyətli maliyyələşdirmənin və yaşıl iqtisadiyyatın irəli çəkilməsində bankın rolunu nədə görürsünüz?
Məsuliyyətli maliyyələşdirmə və yaşıl iqtisadiyyat sabit maliyyələşdirmə sektorunun mühüm elementləridir. “AccessBank” üçün məsuliyyətli maliyyələşdirmə biznesin bir hissəsidir. Banklar və müştərilər arasındakı mükəmməl və etibarlı əməkdaşlıq, mövcud şərtlərin şəffaf və aydın olmasını nəzərdə tutur. Bu, sabit və uzunmüddətli tərəfdaşlığın əsasıdır. Bu gün “AccessBank” etibarlı tərəfdaş hesab olunur və bütün dünyada iqtisadi fəallığın zəiflədiyi dövrdə onun mövcudluğu həlledici əhəmiyyətə malikdir.
Son illər biz bütün dünyada ekoloji vəziyyətin nə dərəcədə kövrək olduğunu müşahidə edirik. Yaşıl iqtisadiyyatın inkişafı yönümündə aparılan işlər və ətraf mühitin yaxşılaşdırılmasının dəstəklənməsi “AccessBank”ın korporativ dəyərlərinin əsasını təşkil edir. Mən “AccessBank”ın Azərbaycanda yaşıl iqtisadiyyatın irəli çəkilməsində lider olmaq səyini dəstəkləyirəm.
Müştərilərin xəbərləri

300-ə yaxın yerli şirkətin sərgisi keçiriləcək - Dövlət dəstəyilə məhsul və xidmətləri təqdim etmək imkanı
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Birjadan BOKT "International” ASC-nin istiqrazları barədə qərar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Vəfa Musayevə Birbank-ın dəstəyi ilə bayrağımızı Everest zirvəsinə sancdı
-
4 saat əvvəl
ADY nümayəndələri Çinin Sian və Çendu limanlarının fəaliyyəti ilə tanış olublar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın aparıcı distribütor şirkəti Rusiya istehsalçısı ilə müqavilə imzalayıb
-
4 saat əvvəl
"Kredit Evi"nin istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
"İnternational Leasing"in istiqrazlarına 50 investordan 50 sifariş
-
5 saat əvvəl
Azərbaycanda reklamla bağlı bir sıra dəyişikliklər qüvvəyə minib
-
5 saat əvvəl
AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti
-
6 saat əvvəl
"PAŞA Bank" manat və dollar ilə böyük məbləğlərdə istiqraz buraxır
Son Xəbərlər

Birjadan BOKT "International” ASC-nin istiqrazları barədə qərar

Azərbaycanda internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün tədbirlər görüləcək

Mikayıl Cabbarova daha bir vəzifə verildi

Azərbaycanın aparıcı distribütor şirkəti Rusiya istehsalçısı ilə müqavilə imzalayıb

"İnternational Leasing"in istiqrazlarına 50 investordan 50 sifariş

Azərbaycanda reklamla bağlı bir sıra dəyişikliklər qüvvəyə minib
Ən çox oxunanlar

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti

"PAŞA Bank" manat və dollar ilə böyük məbləğlərdə istiqraz buraxır

Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus şirkətin rəhbəri dəyişib

Azərbaycanda regional maliyyə idarələri yaradılıb

Qazaxıstanda aparıcı bankların CEO-larının 40 %-i qadınlardır

“Azərbaycan Dəmir Yolları”na yeni sədr müavini təyinatı

BVF: Azərbaycanın Mərkəzi Bankı maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır
