Atabank və AmrahBank-ın əmanətçilərinə kompensasiyanın ödənilməsinə neçə gün sonra başlanıla bilər?
Xəbər verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Marja-nın qanunvericiliyə əsasən məlumatına görə, məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalı və 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə qərarının qüvvəyə minməsindən sonra Mərkəzi Bank sığorta hadisəsinin baş verdiyi (bankın müflis elan olunduğu) barədə Əmanətlərin Sığortalanması Fonduna bildiriş göndərməlidir. Fond bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsiyeri və vaxtı haqqında elan verir. Qanunvericiliyə görə, kompensasiyanın ödənilməsinə başlanılması vaxtı və yeri 15 gün ərzində məlum ola bilər.
Əgər, məhkəmə sürətlə qərar qəbul edərsə, Mərkəzi Bank da Fonda qısa müddətdə müraciət edərsə, Fond da kompensasiyanın ödənilməsi yeri və vaxtı haqqında daha qısa müddətdə elan verərsə, əmanətçilər öz pullarını daha qısa müddətdən sonra almağa başlayarlar.
Mərkəzi Bank-ın Atabank və Amrah Bank-ın müflis elan edilməsi üçün məhkəməyə müraciət etməsindən 48 saat bu gün başa çatır. Məhkəmə ərizəyə baxmağa başlamalı idi.
Marja.az qanunverciliyə əsasən mərhələri təqdim edir.
-Mərkəzi Bank, kommersiya bankının məcmu kapitalının miqdarı müəyyən edilmiş minimum miqdardan aşağı düşdükdə, bank öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə və vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmadıqda lisenziyasını ləğv edərək iflas prosedurunu başladır (məhkəməyə müraciət edir).
- Mərkəzi Bank 3 gün ərzində bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə məhkəməyə müraciət etməlidir (Artıq Mərkəzi Bank Ata Bank və Amrahbankın iflas olunması üçün məhkəməyə müraciət edib).
- Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır.
- Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.
- Bank, Mərkəzi Bankın iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir.
-Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
-Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir.
- Məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verilməklə üç dəfə məlumat dərc etdirir.
- Mərkəzi Bank da Bankın müflis elan olunması haqqında məhkəmə qərarını aldıqdan sonra Əmanətlərin Sığortalanması Fonduna sıorta hadisəsinin baş verdiyi (bankın müfli olduğu) barədə bildiriş göndərməlidir.
- Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
16 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
16 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 16 saat əvvəl
-
17 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
17 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub






















