"Biz bankların birləşdirilməsinin tərəfdarıyıq"
“Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 banka müvəqqəti inzibatçının təyin edilməsi bankların real vəziyyətini qiymətləndirmək və həmin qiymətləndirməyə əsasən qərar qəbul etməkdən ibarət idi. Qısa zaman ərzində aparılan qiymətləndirmə göstərdi ki, “AtaBank” və “Amrahbank”ı yumşaq desək, xilas etmək mümkün deyil. Onsuz da uzun müddət idi ki,”AtaBank”dakı problemlər bank gündəmini zəbt etmişdi”.
Bunu açıqlamasında Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O qeyd edib ki, bu baxımdan bankın lisenziyasının tez bir zamanda geri alınacağı gözlənilən idi:
“Çünki bu, bir ilin, bir ayın problemi deyil. Bu, uzun müddət ərzində toplanan problemlər idi”.
“AGBank”, “NBC Bank”a gəldikdə V.Bayramov qeyd edib ki, onlardakı vəziyyət də qiymətləndirildikdən sonra qərar qəbul ediləcək:
“Biz təbii olaraq bankların müflis olmasının deyil, onların digər banklara birləşdirilməsinin, konsolidasiyanın tərəfdarıyıq. Çünki banklar müflis olduqda, qorunan əmanətlər dövlət tərəfindən qaytarılır, amma qorunmayan əmanətlər, hüquqi şəxslərin bank hesablarında olan vəsaitlərin qaytarılmasında çətinliklər olur. İki bank birləşərsə, oradakı vəsaitlərin xilas edilməsi baxımından da əhəmiyyətlidir. Əsas yol həmin bankların birləşdirilərək, onların əsasında bir bankın yaradılmasıdır”.
Parlamentarinin sözlərinə görə, digər mümkün olan variant isə iki bankın hərəsinin ayrı-ayrılıqda başqa banklara birləşdirilməsidir:
“Qiymətləndirmə nəticəsində, konsolidasiyanın nə qədər rentabelli olacağı müəyyənləşəcək. Amma bütün hallarda biz bankların konsolidasiyasının tərəfdarıyıq. Ona görə də bu bankların Azərbaycan Mərkəzi Bankı tərəfindən müflis elan edilməsi deyil, birləşdirilməsi məqsədəuyğun olardı. Düşünürəm ki, AMB bu məsələyə baxa və iki bankın birləşdirilməsilə yaranacaq yeni bankın güclü və rentabelli olmasında özünün rıçaqlarını, o cümlədən, mərkəzləşmiş kredit resurslarından istifadə edə bilər. Amma bütün hallarda iki bankın birləşdirilməsi daha optimal həll varinatıdır”.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.
©️ Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 35 d. əvvəl
-
-
1 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib



























