"Dövlət proqramları sahibkarlara böyük dəstək olacaq" - BANK SƏDRİ
"MDB dövlətləri arasında da iqtisadiyyatının həcminə nisbətdə, belə həcmli dövlət dəstəyi məhz Azərbaycanda ayrılıb"
Son günlər pandemiya ilə əlaqəli olaraq, mövcud vəziyyətdən ölkə üçün atılan addımları və postpandemiya dövrünü Rabitəbank-ın idarə heyətinin sədri Elçin Qədimov şərh edib.
- İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Bu proqramın önəmini necə şərh edərsiniz?
İlk öncə qeyd etmək istərdim ki, bu gün bütün dünyada hökm sürən pandemiya bir çox qərarların çevik və sürətli verilməsinə səbəb olub. Hər ölkə öz siyasi və iqtisadi vəziyyətinə uyğun bu problemin cözülməsinə dair qərarlar verir.
Məhz qlobal pandemiyanın fonunda, mart ayının 19-da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. İstər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemiyanın təsirinin minimallaşdırılması istiqamətində mühüm qərarlar verilir və ən əsası bir çox ölkələrdən fərqli olaraq, verilən qərarlar pandemiyanın yarada biləcək mənfi təsirlərini görərək, hadisələri qabaqlayır.
Vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış təkliflərin ilkin maliyyə həcmi 2,5 milyard manat məbləğində təyin olunmuşdur ki, ölkəmizin iqtisadiyyatının həcminə nisbətdə, MDB dövlətləri arasında da iqtisadiyyatının həcminə nisbətdə, belə həcmli dövlət dəstəyi məhz Azərbaycanda ayırılıb və bu məbləğ ÜDM-un 3%-na bərabərdir.
Bu proqram çərçivəsində dövlət dəstəyindən 290 mindən çox kiçik sahibkar faydalanacaq ki, bu pandemiyanın təsirindən irəli gələn iqtisadi gərginliyin qarşısını alacaq və eyni zamanda, iqtisadi aktivliyin qorunmasına belə tövhə verəcək.
- Proqramda sosial məqamlarla yanaşı, banklar və sahibkarlarla əlaqəli müddəalar yer alır. Bununla bağlı nə deyə bilərsiniz. Güzəştlər nə zaman və necə tətbiq ediləcək?
Bəli. Proqramda sosial rifahla yanaşı, sahibkarlıq fəaliyyətinə də xüsusi yer ayrılıb. Bu yalnızca bank deyil, vergi məsuliyyəti olan hər bir sahibkar üçün və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş üçün önəmli andır. Bir neçə əsas məqamlar var ki, onlar xüsusi ilə gözlənilən və müsbət təsiri etiva edir:
- Biznesə vergi güzəştləri və imtiyazlar verilməsi hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferaların qorunması, onların əlavə likvidlik təzyiqi ilə üzləşməməsi,
- Sahibkarların bank kreditlərinə kömək məqsədilə, 1 milyard manat həcmində mövcud kreditlərə dəstək proqramının təqdim olunması,
- Əlavə olaraq sahibkarlara bizneslərin davamlığını təmin etmək ücün yeni veriləcək kreditlərinin 60%-i həcmində dövlət tərəfindən zəmanət mexanizmin təqdim olunması, həmçinin həmin kreditlərin aşağı faizla və uzun müddətə verilməsi təmin ediləcək. Bu kreditlər üzrə faizlərin yarısını, 7,5% olmaqla Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılacaq. Bununla da həm sahibkarlıq inkişaf edəcək, həm də dayanıqlı inkişafın davam etməsinə köməklik göstərəcək.
- İpoteka kreditləri dəstəklənməsi proqramının çərçivəsində görüləcək işlər ölkəmizdə tikinti sektoruna təkan verməsi gözlənilir. Bu sektorun multiplikator effektini nəzərə alsaq, yəni ki digər sahələrə göstərdiyi müsbət təsir nəzərdə tutulur, bu sektorla əlaqəli digər biznes sahələrini canlandırması, o cümlədən tikinti materialların yerli istehsalatının daha da artacağı və nəticədə ölkə əhalisinin mənzillərlə təmin olunması prosesinə ciddi təsir göstərəcəyi gözlənilir.
- Sərnişindaşıma əhəmiyyətli müəssisələrinə dəstək, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması, tələbələrin təhsil xərclərinin ödənilməsi proqramları isə ölkədə sosial vəziyyətin stabilliyi və əhalinin sosial rifahı üçün önəmli məqamdır.
-Ümumiyyətlə hazırki vəziyyətdə bank öz müştərilərinə necə xidmət göstərir? Bank xidmətləri nə qədər əl çatan və banka səfərlər müştərilər üçün təhlükəsizdir?
-Bu gün Xüsusi Qərarqahın tələblərinə riayətlə yanaşı, sosial məsuliyyəti olan hər bir müəssisə vətəndaşın təhlükəsizliyi üçün əlindən gələni etməlidir. Bankımız mövcud vəziyyətdə müştərilərimizin sağlamlığını düşünərək, qanunvericiliyin yol verdiyi çərçivələrdə müştərilərimizə bütün bank xidmətlərini göstərməkdə davam edir. İstər ənənəvi, istər rəqəmsal platformada bankımız müştərilərimizə xidmət göstərir. Demək olar ki, bank xidmətlərin əksəriyyəti rəqəmsal platformalarımızda mövcud, rahat və təhlükəsizdir. Ənənəvi xidmətimizdə isə, Operativ Qərargahın tələblərinə tam uyaraq müştərilərimizə xidmət göstərməyə davam edirik. Əlavə olaraq xidmət məkanlarımız dezinfeksiya olunur və müştərilərə məsafə saxlayaraq xidmətimiz davam etdirilir.
-Postpandemiya dövründə bankçılıq sahəsində nələr gözlənilir? Nələr dəyişəcək?
-Dövlət proqramının miqyasını və ən əsası vaxtı-vaxtında təqdim olunması sahibkarlarda maliyyə dəstəyi ilə yanaşı bizneslərinin perspektivləri və dövlətin biznes ücün əlverişli şəraitin yaradılması məsələsini daimə diqqət mərkəzində saxlanılması barədə əminlik yaradır. Gələcəyə nikbin baxış və müsbət iqtisadi iqlim istənilən biznes ücün zəruri faktorlardır və bu baxımdan düşünürəm ki, yerli sahibkarlar pandemiya dövründən sonra qısa müddətdə biznes aktivliyini əvvəlki həcmdə olmaqla bərpa edəcəklər.
Postpandemiya dövrünün digər önəmli xüsusiyyətlərindən birinin, rəqamsal kanallarına daha da aktiv istifadə olacağını düşünürəm. Pandemiyə zamanı məcburiyətdən irəli gələrək rəqamsal kanalları istifadə edən həm bizneslər, həmdə əhali, məsafədən bank xidmələrindən istifadənin rahatlığı ilə yanaşı daha qənaətli və sürətli olmağını hiss edib. Bu yeni vərdişlər postpandemiya dövründə də ənənəvi formaya çeviriləcəklər.
Söhbətimizin sonunda fürsətdən istifadə edib hər kəsə öz sağlamlıqlarınıqorumağa, karantin tələblərinə riayət etmələrini xahiş etmək istərdim ki, biz qısa müddətdə öz iş yerlərimizə, normal həyat tərzimizə qayıdaq və birlikdə ölkəmizin inkişafına dair işlərimizi davam etdirək.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat sonra
22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək
- 8 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanın şirkətlər qrupunda yığıncaq keçirilib, yeni təyinatlar olub
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 22 d. əvvəl
-
24 d. əvvəl
"Varfarin DV"nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirilib
-
35 d. əvvəl
Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə şəxsiyyət vəsiqəsi girişə icazə verməyi planlaşdırır
-
1 saat əvvəl
"BOKT Caspian İnvest" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı – BÖYÜK ARTIMLAR BAŞ VERİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” “Miles&Smiles Mastercard Black” kartı üzrə 50% endirim kampaniyasını elan edir
- 2 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

Dünən bank kartlarından 7 min manatdan çox pul oğurlanıb

Naxçıvanın kənd təsərrüfatı naziri təyin olunub

Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə şəxsiyyət vəsiqəsi girişə icazə verməyi planlaşdırır

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi

Rəsmi məzənnələr açıqlandı

"Macarıstanın şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər"

"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"
