Nazir Mikayıl Cabbarov açılışda
Fevralın 7-də Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib.
Açılış mərasimində çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev KOB Evinin Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracağını, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətini qeyd edib.
Təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalarına əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb.
Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın G2B və 100-dək B2B xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək.
KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcəkdir.
Tədbirdə çıxış edən sahibkarlar KOB Evinin onların fəaliyyətində rolunu vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən açılış mərasimində KOB Evinin və KOBİA-nın fəaliyyətinə dair filmlər nümayiş olunub.
Həmin gün Xaçmaz KOB Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə keçirilmiş iclasda Şuranın üzvləri - vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti iştirak ediblər.
İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.
XXX
Xaçmazda KOB evinin açılışı olub.
Bu gün Xaçmaz rayonunda İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznezin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evi açılıb.
Açılış mərasimində nazir Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
-
- 17 d. əvvəl
-
27 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
36 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
Ən çox oxunanlar
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır






















