Mərkəzi Bankın işgüzar fəallıq indekslərindən hansı qənaətə gələ bilərik?

Azərbaycan Mərkəzi Bankının açıqladığı işgüzar fəallıq indekslərindən iqtisadiyyatımızın vəziyyəti haqda hansı informasiyaları ala, hansı qənaətə gələ bilərik?
"Marja" xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev Facebook səhifəsində bildirib ki, Mərkəzi Bankın açıqladığı indekslər iqtisadiyyatın 4 sektoru - sənaye, tikinti, ticarət və xidmət üzrə aylıq hesablanır. Lakin onların bazasında iqtisadiyyat üzrə konsalidə edilmiş işgüzar fəalliq indeksi yoxdur. Halbuki indekslər hesabanan sahələrin ÜDM-nin, məşğulluğun formalaşmasında xüsusi çəkisi nəzərə alınmaqla ümumiləşdirilmiş indeksin hesablanması çox vacibdir.
“Başqa bir məqam - Mərkəzi Bank bu indekslərin hesablanması, nəyi ifadə etməsilə bağlı metodologiyanı açıq etməlidir - maraqlanan hər kəs tanış ola bilsin. Əlavə olaraq, hər sektor üzrə sorğuya cəlb edilən respondentlərin sayı, coğrafiyası və ölçüsü (kiçik, orta və iri biznes) barədə informasiyaları hər kəs görə bilməlidir.
Eyni zamanda, sektorlar üzrə indekslərdə istifadə edilən indikatorların yekun göstəricidə xüsusi çəkisi barədə nəlumat verilmir. Məsələn, sənayedə inam indeksi 3 indikator - son 3 ayda məhsul istehsalının və anbar ehtiyatlarının həcminin dəyişililməsi, qarşıdakı 3 ayda istehsal həcmi əsasında hesablanır. Onların yekun göstəricinin formlaşmasına töhfəsi bərabər götürlür.
Mərkəzi Bankın hesablaması ABŞ, eləcə də region ölkələrindən Rusiya və Qazaxıstandan fərqli olaraq 50:50 prinsipinə əsaslanmır - yəni indeks 50-dən aşağıdırsa fəallıq və inamın aşağı olmasını, 50-dən yuxarıdırsa fəallıq və inamın yüksəkdirsə olmasını nümayiş etdirmir.
Bizim təcrübədə isə indekslər (-)100 - (+)100 intervalında hesablanır. Əgər bütün indikatorlar enişdədirsə, indeks mənfi zonaya düşür və böhranı göstərir, indikatorlar hamısı yüksəlirsə indeks müsbət zonaya düşür və iqtisadi fəallığın yüksək olduğnu göstərir.
Sorğu zamanı respondentlər hər bir indikator üzrə yüksəlişi +1, enişi -1, neytral isə 0 ilə qeyd edilir. İndeks +100-ə yaxın olduqca iqtisadi fəallığın və inamın maksimum səviyyədə yüksək, -100-ə yaxın olduqca isə ən aşağı həddə olduğunu göstərir.
İndeksin mənfi və ya müsbət zonaya düşməsi sorgu iştirakçılarının 50+1%-nin vəziyyətin enişdə yoxsa yüksəlişdə olmasını təsdiq edən cavabından asılı olur. Burda "xalis artım" yanaşmasından istifadə edilir - mənfi və müsbət cavablar toplanır.
Məsələn, bizim nümunədə sənayedə inam indeksinin müsbət zonada olması üçün son 3 ayda istehsalın artması, anbar ehtiyatlarının azalması, qarşıdakı 3 ayda isə istehsalın həcmilə bağlı gözləntinin yüksəlməsi lazımdır. 2019-cu ilin timsalında nə görürük? Bu indeks ilin əvvəlindən sonuna 2 dəfə çox artaraq 6.8-dən 13.9-ə yüksəlib. Lakin indeksin formalaşmasında iştirak edən indikatorlar çox fərqli dəyişib. Məsələn, məhsul istehsalı həcmi göstəricisi az qala 2.5 dəfədən çox artaraq 12-dən 31-ə yüksəlib- yəni il ərzində məhsul istehsalının artıdığını qeyd edən respondentlərin sayı əhəmiyətli dərəcədə çoxalıb.
Amma 2-ci göstəriciyə - anbar ehtiyatlarının həcminə verilən cavablardan aydın olur ki, il boyu (may ayı istisna olmaqla) məhsul qalıqlarının çoxaldığını söyləyən respondentlər çoxluq təşkil edib - bu isə iqtisadiyyat üçün mənfi tendensiyadır. Qarşıdakı 3 ayda istehsalla bağlı gözlənti isə xeyli azalıb - fevral-martda orta hesabla 30-a yaxın olan göstərici ilin sonunda 13.9-ə enib.
Yəin indeks üzrə ümumi göstəricilə yanaşı onun ayrı-ayrı elementlərinə də baxmaq çox vacibdir...”
Rövşən Ağayev əlavə edib ki, inkişaf eləmiş ölkələrdə işgüzar fəallıq indekslərinin açıqlanması maliyyə bazarlarının bütün seqmentlərinə - səhm, istiqraz, valyuta bazarlarının hamısına təsir edir:
“Çox populyar olduğu üçün ABŞ-ın timsalında deyim. Bu ölkədə dövri olaraq biznesin fəallığı ilə bağlı çoxsaylı indekslər var, lakin onlar 3-ü çox mühümdür: Təchizat Menecmenti İnstitutunun (Institute for Supply Management) 2 istiqamətdə istehsal sektoru və qeyri-istehsal sektorunda Satınalmalar üzrə Menecerlərin Gözləntisi indeksləri, Təchizat üzrə Menecerlərin Milli Assosiasiyasının Çikaqo bölməsinin hazırladığı İşgüzar Fəallıq İndeksi.
Yorucu olmasın deyə çox qısa xülasə edirəm, maraqlananlar Beranrd Baumol adlı müəllifin "İqitsadi göstəricilərin sirləri" adlı kitabını tapıb bu tip indekslərlə bağlı mükəmməl informasiyalar ala, onların metodologiyasını öyrəninb hətta təcrübədə tətbiq edə bilərlər.
Təchizat Menecmenti İnstitutu öz indeksini hesablamaq üçün istehsal və qeyri-istehsal sahələrində ümumilikdə 37 sahəni əhatə edən 770 satınlma və sifarişlər üzrə meneceri sorğuya cəlb edir. Sorğulara yeni sifarişlər, istehsal həcmi, məşğulluq, mal-material ehtiyatlarının həcmi, malgöndərənlər tərəfindən malın çatdırlma sürəti, alış qiymətlərinin səviyyəsi, yeni ixrac sifarişləri, sifarişlər üzrə borcların dinamikası, idxalın həcmi göstəricilər daxil edilir.
Sorğuda iştirak edənlər "artıb", "azalıb", "dəyişməyib" cavab variantlarından sadəcə birini seçir. Neytral cavabdan sonra xalis artım göstəricisi nəticəni müəyyən edir: "Dəyişməyib" deyən resondentlərdən savayı yerdə qalan iştrirakçıların nəticəsi müqayisə edilir. əgər "artıb" cavabbını seçənlər üstünlük təşkil edirsə, indeks 50-dən yuxarı, "azalıb"ı seçənlərin cavabı üstünlük təşkil edirsə 50%-dən aşağı olur. Göstərici 100-ə nə qədər yaxın olursa, işgüzar fəallığın maksimum səviyyədə yüksək, 0-a nə qədər yaxın olursa, fəallığın aşağı olduğunu göstərir. Göstəricinin 50-nin üzərində dayanması fəallıqda dinamikanın olmadığını, əvvəlki dövrün göstəriciləri üzərində iqtisadi proseslərin davam edəcəyini göstərir.
Bu indekslər hər ay açıqlanır.
Çikaqo indeksinin hesablanması ilə bağlı sorğuda isə 200 satınalma üzrə menecer iştirak edir. Son göstərici yeni sifarişlər (35%), istehsal (25%), icra edilməmiş sifarişlər (15%), məşğulluq (10%), malgöndərənlər tərəfindən malların çatdırılma səviyyəsi (15%) əsasında hesablanır. Ümumi biznes-barometrdən savayı qiymətlərin dəyişilməsi, anbar ehtiyatlarının dəyişməsi kimi göstəricilər də ayrıca göstəricilər kimi hesablanıb bəyan edilir. Bu indeks də 0-100 arası dəyişir, 50-dən aşağı fəallığın azalmasını, 50-dən yüksək fəallığın artımını göstərir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Azərbaycanda istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb
-
4 saat əvvəl
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
-
5 saat əvvəl
"Energetika sahəsində uğurlu əməkdaşlıq edirik, növbəti kontrakt imzalanacaq"
-
5 saat əvvəl
Əliyev: Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır
-
5 saat əvvəl
“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”
- 5 saat əvvəl
-
5 saat əvvəl
Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”

AZCON-da yeni təyinat
Ən çox oxunanlar

Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edir

“Bakcell” süni intellekt təlimi təşkil etdi
.jpg)
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən başlayır!

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

Məhsul sahibi yoxdursa, məhsul da yoxdur

Sabahın hava proqnozu açıqlanıb
