"Premium Bank" və "VISA” saziş imzaladı - YENİ PREMİUM KART

"Premium Bank", "Azərbaycan Hava Yolları" (AZAL) və "VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə “Visa Signature Miles” premium ko-brend kartını təqdim edir.
Bankın yaydığı məlumata görə, bu kart sayca bankın 8-ci Miles kartıdır.
Ko-brend layihəsi çərçivəsində müvafiq saziş "Premium Bank"ın Müşahidə Şurasının sədri Elçin Əhmədov və “Visa”nın Qafqaz regionu ölkələrində Regional Meneceri Kristina Doroş arasında imzalanıb.
“Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov bildirib:
“Nəzərinizə çatdırmaq istərdim ki, “Visa Signature” Azərbaycan Hava yolları, "VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə və “Premium Bank” ASC-nin 4-cü birgə layihəsidir. Bu günə qədər imzalanmış layihələrimiz çox böyük uğurlara imza atmışdır.
”Visa Signature” dünyanın istənilən ölkəsində mövcud olan bir çox imtiyazlara malikdir. Yüksək saylı mil hesablanması ilə yanaşı, bu kart istifadəçilərinə dünyanın 1200-dən çox hava limanında biznes zallardan istifadə hüququ verəcək, H. Əliyev adına beynəlxalq hava limanında pulsuz “sürətli keçid” və sair yenilikçi həllərə imkan yaradacaqdır. ”Visa Signature” kartını fərqləndirən əsas amillərdən biri də dünyanın istənilən ölkəsində 24/7 rejimində “Visa Signature Concierge” servisini verə bilməsidir.
Eyni zamanda, bildirmək istərdim ki, 2020-ci il ərzində 500-ə yaxın təsərrüfat subyektinə yeni Pos-terminalların quraşdırılması nəzərdə tutulmuşdur. Bu da öz növbəsində ölkəmizdə sürətlə inkişaf edən nağdsız hesablaşmalar üzrə aparılan islahatlara öz müsbət töhfəsini verəcəkdir”.
“VISA”nın Qafqaz regionu ölkələrində Regional Meneceri Kristina Doroş deyib:
"Müasir istehlakçı yeni təcrübəyə və təəssüratlara üstünlük verir. Qlobal trendlər bizə ondan xəbər verir ki, istehlakçılar özlərini yeni mühitdə görməyə, dünyanı tanımağa və yeni mədəniyyətlərlə tanış olmağa çalışırlar. “Visa Signature” kartı istər işgüzar səfərin, istərsə də xəyal edilən səyahətin təşkilinə yüksək tələbləri olan fəal insanlar üçün nəzərdə tutulmuşdur. “Visa Signature” ilə səfəri rahat planlaşdırmaq və səyahət etmək, ödənişi tez və təhlükəsiz həyata keçirmək, səyahətin təşkili məsələlərində vaxta qənaət etmək, eyni zamanda “Visa”dan və bankdan bir çox əlavə üstünlüklər əldə etmək mümkündür. Biz yeni ödəniş kartının buraxılması münasibətilə tərəfdaşlarımızı təbrik edir və kart sahiblərinə xoş səyahətlər arzu edirik".
“Visa Signature Miles” kartı üzrə imtiyazlar:
- “Visa Signature Miles” kartını əldə edərkən Sizə 400 bal hədiyyə olunacaq
- Ölkədaxili əməliyyatlara görə hər 10 manat üçün hesabınıza 1 bal əlavə edilir
- Ölkəxarici əməliyyatlara görə hər 5 manat üçün hesabınıza 1 bal əlavə edilir
- “Premium Club” proqramı üzrə əməliyyatlara görə hər 7,5 manat üçün hesabınıza 1 bal əlavə edilir
- Dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri, APUS vasitəsilə ilə həyata keçirilən əməliyyatlara görə hər 35 manat üçün hesabınıza 1 bal əlavə edilir.
- "Premium Club" cashback proqramının üzvü olacaqsınız ‒ www.premiumbank.az/cashback/
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanında A zonasında 1-ci Terminalda “Priority” qeydiyyat masasından istifadə hüququ. Qeydiyyat xidmətindən kart sahibi ilə birgə səyahət edən şəxslər də istifadə edə bilərlər
- "Salam Lounge" zalına birdəfəlik ziyarət üçün hədiyyə kuponu əldə edəcəksiniz
- Beynəlxalq hava limanının 1-ci terminalında yerləşən "Salam Lounge", "Khazri Lounge" və "Baku Club" zallarının xidmətlərindən eksklüziv şərtlərlə istifadə edə bilərsiniz
- Heydər Əliyev Beynəlxalq Hava Limanında "Visa Fast Line" xidmətindən istifadə edə bilərsiniz, bunun üçün "Salam Service" masasında kartı təqdim etmək lazımdır. İldə 10 dəfə pulsuz istifadə etmək hüququ
- 1200-dən artıq biznes zalından faydalanmaq və “Lounge Key” proqramı ilə zalları ildə 4 dəfə pulsuz ziyarət etmək hüququ. 5-ci və s. ziyarətin dəyəri 32 ABŞ dolları təşkil edir
- Dünyanın istənilən ölkəsində 24/7 rejimində “Visa Signature Concierge” servisi. Çağrı Mərkəzi: +380 44 499 39 75
- Qlobal Müştəri Dəstək Xidməti - (İtirilmiş kartların 24/7 rejimində bloklanması, Bütün dünya üzrə 27000 məntəqədə nağd vəsaitlərin təcili verilməsi, Kartın 24 saat ərzində təcili dəyişdirilməsi, Kart sahiblərinin suallarının 24/7 rejimində cavablandırılması). Çağrı Mərkəzi: +380 44 499 39 75
- Səyahət edənlərə beynəlxalq tibbi yardım və informasiya yardımı – (tibbi məsləhət, həkim çağırışı, təyinat ölkəsində peyvəndləşdirmə barədə məlumat, qaldığı ölkədə tibb müəssisələri barədə məlumat) Çağrı Mərkəzi: +380 44 499 39 75
- “Digital Concierge” (chatbot) - Çatbot konsyerji sizin şəxsi köməkçinizdir və sizə 24/7 rejimində xidmət etməyə hazırdır. Siz 3 messencerə (WhatsApp, Telegram, Viber) qoşula bilərsiniz. Azərbaycan, ingilis və rus dillərində xidmət imkanı təqdim edilir.
- Tibbi dəstək və sığorta dəstəyi: Səyahət zamanı tam sığortalanma (tibbi yardımın göstərilməsi ilə bağlı xərclər, bədbəxt hadisə, reysin ləğv edilməsi və ya gecikməsi, avtomobilin icarəsi zamanı üçüncü şəxslər qarşısında məsuliyyət, baqajın itirilməsi, ekstremal idman növləri ilə məşğul olarkən alınmış travmalar və sığorta xidmətlərinin digər növləri). Sığorta təminatı həmçinin kart sahibi ilə birlikdə səyahət edən həyat yoldaşına və uşaqlara (5 nəfərə qədər) şamil edilir. Çağrı Mərkəzi: +380 44 499 39 75 https://cardholderbenefitsonline.com/
- Reysin və baqajın gecikməsinin kompensasiyası və alışların qorunması ‒ https://cardholderbenefitsonline.com/
- Minsk milli hava limanında “Fast track” xidməti (Daha ətraflı visa.com.by saytında. Xidmətin təqdim edilməsinin tam şərtlərini hava limanının 3-cü mərtəbəsində yerləşən məlumat masasında dəqiqləşdirin).
- Kiyevin "Borispol" milli hava limanında “Fast track” xidməti (Daha ətraflı visa.com.ua saytında) – uçub getmə və uçub gəlmə zamanı.
- Kiyevin "Borispol" hava limanında baqajın pulsuz qablaşdırılması (ildə 2 ədəd)
- "Kiyev" və "Borispol" hava limanlarında Uber-in xidmətlərinə 50% endirim. Tətbiqdə VISAPREMIUMUA promokodunu daxil edin.
- agoda.com saytında otellərin bronlaşdırılmasına 12% endirim.
- Dünya miqyaslı şirkətdən avtomobillərin icarəsinə 35% endirim ‒ www.avisworld.com/visa
- “Visa Luxury Hotel Collection” proqramına daxil olan otellərdə eksklüziv xidmətlər ‒ https://www.visaluxuryhotels.com/
- “уQ Meet” Prioritet uçuş - minmə xidmətlərinə 25%-dək endirimlər. Bütün dünya üzrə 240-dan çox hava limanında yQ xidmətlərinə (Növbələr olmadan ayrıca keçid, Müşayiətin təmin edilməsi) –www.cemea.yqnowgroup.com.
- Azərbaycanda endirimlər və xüsusi təkliflər - www.visa.com.az/az_az/visa-offers-and-perks
- Bankomatlardan nağd vəsaitlərin çıxarılması üçün limit: 10000 AZN / ABŞ (dolları) / AVRO
Beləliklə, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb
-
1 saat əvvəl
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
-
1 saat əvvəl
"Energetika sahəsində uğurlu əməkdaşlıq edirik, növbəti kontrakt imzalanacaq"
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Əliyev: Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır
-
1 saat əvvəl
“PAŞA Bankın təklif etdiyi həllər KOS bizneslərinin rəqabətədavamlılığını gücləndirir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən başlayır!
-
3 saat əvvəl
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
- 3 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

AZCON-da yeni təyinat

Vestel ağır vəziyyətdə - 2000 nəfəri ixtisar edir

“Bakcell” süni intellekt təlimi təşkil etdi
Ən çox oxunanlar
.jpg)
Kreditlərinizi “Unibank”a gətirin – komissiya 0%, illik faiz dərəcəsi cəmi 9.5%-dən başlayır!

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

Məhsul sahibi yoxdursa, məhsul da yoxdur

Sabahın hava proqnozu açıqlanıb

Bank Daşkəsən filialını da yenilədi
