“Azərsun Holdinq”ə daxil olan bank maliyyə vəziyyətini açıqladı
Ötən il “Azərbaycan Sənaye Bankı” böyüyüb, müştərilərə verdiyi kreditlər, investisiyaları, faiz və qeyri-faiz gəlirləri artıb
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ili 7 milyon 689 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə Bankın xalis mənfəəti 2 dəfə artıb. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC 2018-ci ili 3 milyon 945 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Azərbaycan Sənaye Bankı”nın cəmi faiz və qeyri-faiz gəlirləri 38 milyon 643 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 28 milyon 855 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 9 milyon 788 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 119 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb və 1 milyon 979 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 7 milyon 689 min manat xalis mənfəət ilə başa vurub.
2018-DƏ MƏNFƏƏTİN BÖYÜK HİSSƏSİ EHTİYATIN AZAD OLMASI İDİ
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Azərbaycan Sənaye Bankı”nın cəmi faiz və qeyri-faiz gəlirləri 27 milyon 586 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 25 milyon 795 min manat, əməliyyat mənfəəti 1 milyon 791 min manat təşkil etmişdi. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 3 milyon 167 min manatının azad olması hesabına Bankın vergidən əvvəlki mənfəəti 4 milyon 957 min manata, xalis mənfəəti isə 3 milyon 945 min manata yüksəlmişdi.
2018-ci ildə Bankın 24 milyon 888 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ildə 28 milyon 283 min manata, qeyri-faiz gəlirləri isə 2 milyon 698 min manat ikən, 2019-cu ildə 10 milyon 360 min manata yüksəlib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 985 milyon 151 min manat cəmi aktivlərə (o cümlədən 331 milyon 402 min manatı müştərilərə verilən kreditlər, 543 milyon 274 min manatını digər banklarda yerləşdirilən depozitlər) təşkil edib. 31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 822 milyon 311 min manat cəmi aktivlərə (o cümlədən 285 milyon 949 min manatı müştərilərə verilən kreditlər, 461 milyon 233 min manatını digər banklarda yerləşdirilən depozitlər) təşkil etmişdi.
“Azərsun Holdinq”in rəsmi saytında “qrup şirkətləri” siyahısında “Azərbaycan Sənaye Bankı”nın adı da yer alıb.
“Azərbaycan Sənaye Bankı”nın səhmdarları - “Anadolu İnvestment Kompani” MMC (98,4252%), “Azərbaycan Sənaye Lizinq” MMC (0.5748%) və Leyla Gozaldır (1%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
38 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb

























