Mərkəzi Bank banklar ilə bağlı planlarını açıqladı – TƏSİRLİ TƏDBİRLƏR GÖRÜLƏCƏK
Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdiyi Mərkəzi Bank kommersiya banklarına yeni metodoloji yanaşma əsasında nəzarət edəcək.
“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, 2020-ci ildə maliyyə sektorunun risklərə qarşı dayanıqlığının yüksəldilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində səylər artırılacaqdır. Maliyyə sektorunda resturuktrizasiya proseslərinin başa çatdırılması, problemli aktivlərin tənzimlənməsi üzrə təsirli tədbirlər görüləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu yüksəltməlidir.
Bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaqdır.
Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaqdır. Bunun üçün Mərkəzi Bank bank sektorunda problemli kreditlərin həcminin daha effektiv şəkildə azaldılması və kredit təşkilatları tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcəkdir.
Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaqdır. Mərkəzi Bankın likvidlik alətləri arsenalı bank sisteminin likvidliyinin qorunmasında mühüm rol oynayacaqdır. Bundan başqa, dövlət qiymətli kağızlarının həcminin genişlənməsi və banklararası kredit bazarının inkişafı da banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.
Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaqdır. Stres-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək və zəruri hallarda sektora müvafiq müdaxilələr həyata keçiriləcəkdir.
Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi işləri görüləcəkdir. Yeni metodoloji yanaşma əsasında risk əsaslı nəzarətin tətbiqi məqsədilə pilot qaydada ilkin işlərə başlanılması nəzərdə tutulmuşdur.
Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcəkdir. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi və stres-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.
HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT
Bank sisteminə etimadın artırılması çərçivəsində əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılacaqdır. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət də bank sisteminə etimadın yüksəldilməsinə xidmət edəcəkdir. 2020-ci ildə müxtəlif hədəf qruplarından olan əhali arasında regional əhatəlilik genişlənməklə geniş maarifləndirmə tədbirləri davam etdiriləcək. İctimaiyyətin maliyyə savadının artırılması onların risk idarəetməsinin yaxşılaşmasına, borc intizamının artırılmasına və məsuliyyətli borclanma davranışının yayılmasına şərait yaradacaqdır.
İqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2020-ci ildə gücləndiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
-
6 saat əvvəl
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
9 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
9 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
10 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
11 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Ən çox oxunanlar
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"

























