Yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açıblar
Bakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb.
Bu barədə müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub:
“Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, “gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan”. Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.
2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər “STOP”un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra “Banditizm idarəsi”nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər”.
E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.
Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan “Buttolo”, “Ceyson-TT”, “Dikson-N.N”, “Brayner – S.S”, “Lesnek-2018” şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.
Bu şirkətlər üçün açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə “Brayner – S.S”-də 1,4 milyon manat, “Ceyson-TT”-də 183 min manat, “Buttolo”-da 512 min manat, “Lesnek-2018” 62 min manat, “Dikson-N.N”-də 1,7 milyon manat olub.
Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək “Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam” deməklə kifayətlənib.
E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir: “Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi “bir-iki sənəd var, gətirim onları da həll edək”.
Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokruroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb: “İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti “Bandotdel”ə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə cəzalarını alsınlar”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
13 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
13 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
14 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
























