Əhalinin borc yükü sürətlə artır
Əhalinin kredit təşkilatlarına borcu cari ilin 9 ayında 1 milyard manata yaxın, 20 ayda isə 1,8 milyard manata yaxın artaraq 6 milyard 292 milyon manata çatıb.
2019-cu ilin yanvar-sentyabr dövründə (9 ay ərzində) Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artaraq Sentyabr ayının sonunda 14 milyard 243 milyon manata çatıb. Artımın 80%-i və ya 972 milyon manatı istehlak kreditləri ilə bağlıdır.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki,sentyabrın sonunda 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 6 milyard 292 milyon manatını və ya 44,2%-ni ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) təşkil edib. Avqustun sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi şəkisi 43,9%, ötən ilin sonunda isə 40,9% idi. Beləliklə istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 3.3 bənd artıb.
Keçən ilin sonundan ötən 9 ay ərzində istehlak kreditləri 972 milyon manat, real sektora verilən cəmi kreditlər 251 milyon manat artıb.
Avqust ayının sonu ilə müqayisədə Sentyabr ayında ev təsərrüfatlarına verilən kreditlər 200 milyon 517 min manat artıb.
2018-ci ilin yanvarında ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 20 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 1 milyard 770 milyon manat artıb.
PREZİDENT TAPŞIRIQ VERİB
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır”.
Bunu iqtisadi müşavirədə Prezident İlham Əliyev demişdi.
Prezident çıxışına belə davam etmişdi: “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.
ELMAN RÜSTƏMOV XƏBƏRDARLIQ ETMİŞDİ
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.”
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
13 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
13 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
14 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
























