“Rabitəbank” istehlak kreditlərini artırıb
2019-cu ilin 9 ayı ərzində “Rabitəbank” ASC-nin müştərilərə verdiyi cəmi kreditlər 47 milyon 723 min manat artıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, müştərilərə verilmiş cəmi kreditlər ötən ilin sonunda 317 milyon 764 manat ikən Sentyabr ayının sonuda 365 milyon 487 min manata çatıb.
9 ay ərzində istehlak kreditləri 51 milyon 542 min manat artaraq 128 milyon 772 min manata yüksəlib. Bankın istehlak kreditləri portfeli ötən ilin sonunda 77 milyon 231 min manat təşkil etmişdi.
9 ay ərzində müştərilərə verilmiş biznes kreditləri 15 milyon 391 min manat azalaraq 171 milyon 988 min manata geriləyib. Bankın biznes kreditləri portfeli ötən ilin sonunda 187 milyon 378 min manat təşkil etmişdi.
2019-cu ilin yanvar-sentyabr dövründə daşınmaz əmlak kreditləri 4 milyon 337 min manat artaraq 30 milyon 978 min manata, diəgər kreditlər isə 7 milyon 235 min manat artaraq 29 milyon 412 min manata yüksəlib.
“Rabitəbank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli (xalis kreditlər) 43 milyon 284 min manat artaraq 325 milyon 521 min manata çatıb. Ötən ilin sonunda bu məbləğ 282 milyon 238 min manat idi.
HƏMÇİNİN OXU: Azərbaycan bankının mənfəəti 16 dəfə artıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
İSTEHLAK KREDİTLƏRİ NƏ ÜÇÜN ARTIR?
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri, "Rabitəbank"ın Müşahidə Şurasının Sədri Zakir Nuriyev hesab edir ki, istehlak kreditlərinin artmasının əsas səbəbi ölkə əhalisinin gəlirlilik səviyyəsinin artmasıdır:
"İndiki dövrdə isə əhalinin gəlirlərindəki, eləcə də iş yerlərindəki artım və bu kimi səbəblərdən mövcud kriteriyalara uyğun şəxslərin sayı, nəticə etibarı ilə istehlak kreditləri artmağa başlayıb. Burada sual yaranır ki, bir şəxsin gəliri artıbsa, o niyə kredit götürür? İnsanlar pul yığıb ev almaq əvəzində daha tez olduğu üçün ipoteka krediti əldə etməyə üstünlük verirlər və ya evlərini daha tez təmir etdirmək istəyir, yeni mebellərinə daha tez qovuşmaq niyyətindədirlər, daha uzun istirahəti üstün tuturlar və s. İstehlak krediti deyə bir məhsulun yaranmasının səbəbidə elə budur: gələcəkdəki mümkün istehlakı cari dövrdə reallaşdırmaq istəyi".
Zakir Nuriyev bildirmişidi ki, və müraciət edən müştərilər bank daxili qaydalara uyğun kredit məhsulları ilə təmin edilirlər:
“Biznes kreditləşməsi ölkə iqtisadiyyatı üçün olduqca vacibdir və daim nəzarətdə saxlanılması gözlənilən yanaşmadır. Doğrudur ki, ilin əvvəlindən ölkə iqtisadiyyatı üzrə bəzi biznes sahələrinin kreditləşməsində yüksək artım tempi müşahidə edilmir. Lakin bununla birlikdə, xüsusilə, prioritet hesab edilən kənd təsərrüfatı, emal, sənaye və istehsal istiqamətləri üzrə kreditləşmədə artım müşahidə edilir.
Artıq banklar daha çox prioritet hesab edilən sahələrin kreditləşməsinə fokuslanmağa başlayıblar. Lakin bu o demək deyildir ki, digər sahələrin kreditləşməsi artıq dayanıb. Banklar bu sahələri də maliyyələşdirməkdə davam edirlər və müraciət edən müştərilər bank daxili qaydalara uyğun kredit məhsulları ilə təmin edilirlər. Sadəcə devalvasiyalardan sonra kreditləşmədəki canlanma bəzi sahələrdə dövlət dəstəyi ilə daha tez müşahidə edildi. Müəyyən müddət sonra məcmu tələbdəki yüksəliş hesabına kreditləşmənin bütün sahələrdə artacağını gözləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
11 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
11 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
11 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
13 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib






















