Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb
Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7 milyon 435 min dollar təşkil edib.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.
Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 13 milyon 323 min dollar azalaraq 5 milyard 375 milyon 651 min dollar təşkil edib. Bu məbləğin 5 milyard 209 milyon 360 min dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. Bu siyahıya Almaniya (317 milyon 830 min dollar), Fransa (246 milyon 510 min dollar) və Yaponiya (210 milyon 691 min dollar) daxildir.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14 milyon 273 min dollar, 58 milyon 773 min dollar və 8 milyon 305 min dollar təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 14 d. əvvəl
-
36 d. əvvəl
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb
-
2 saat əvvəl
Azərbaycan və Türkmənistan tranzit və logistika əməkdaşlığını genişləndirəcək
-
3 saat əvvəl
Çindən Azərbaycana gələn blok-qatarların sayı 40% artıb – 416 qatara çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib
Ən çox oxunanlar
"Fitch Solutions": Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq
Oktyabrın 9-da gözlənilən hava şəraiti























