“Muğanbank”ın əməliyyat mənfəəti 7 dəfə artıb
“Muğanbank” ASC 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 31 Mart 2019-cu il tarixində “Muğanbank”ın cəmi aktivləri 524 milyon 83 min manat təşkil edib. Bu, 31 Mart 2018-ci il tarixi ilə müqayisədə 34 milyon 797 min manat çoxdur. O cümlədən, Bankın müştərilərə verdiyi kreditlər 22 milyon 231 min manat artaraq 364 milyon 844 min manata çatıb.
MÜŞTƏRİLƏRİN HESABLARINDAKI VƏSAİTLƏR ARTIB
Son 12 ay ərzində “Muğanbank”da müştəri hesabları 18 milyon 151 min manat artaraq 31 Mart 2019-cu il tarixində 246 milyon 943 min manat təşkil edib.
GƏLİRLƏRİ ARTIB
2019-cu ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi gəlirləri 14 milyon 262 min manat, cəmi xərcləri isə 12 milyon 927 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 335 min manat əməliyyat mənfəəti yaranıb. “Muğanbank” ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına 14 milyon 601 min manat ayırdığından ilk rübü 13 milyon 264 min manat xalis zərər ilə bağlayıb. Ehtiyatın yaradılması Bankın daha sabit fəaliyyətinə xidmət edir. Gələcəkdə gecikmədə olan kreditlər azalarsa, ehtiyatlar azad olar və Bankın gəlirinə çevrilə bilər.
2018-ci ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi gəlirləri 12 milyon 138 min manat, cəmi xərcləri isə 11 milyon 945 min manat, əməliyyat mənfəəti 193 min manat təşkil etmişdi. Həmin dövrdə Bank ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına 2 milyon 16 min manat ayırdığından 1 milyon 824 min manat xalis zərəri yaranmışdı.
Mühüm olan “Muğanbank”ın gəlirlərinin və əməliyyat mənfəətinin artmasıdır. 2018-ci ilin ilk rübü ilə müqayisədə “Muğanbank”ın əməliyyat mənfəəti təxminən 7 dəfə artıb (2018-ci ilin ilk rübündə 193 min manat, 2019-cu ilin ilk rübündə 1 milyon 335 min manat təşkil edib).
“Muğanbank”ın həm faiz, həm də qeyri-faiz gəlirləri də artıb. 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə faiz gəlirləri 8 milyon 699 min manat ikən, 2019-cu ilin ilk rübündə 10 milyon 304 min manat təşkil edib (18,5% artıb). Komission və qeyri faiz gəlirləri isə 2 milyon 557 min manat ikən, bu ilin ilk rübündə 3 milyon 302 min manata yüksəlib (29% artıb).
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR
31 Mart 2019-cu il tarixində “Muğanbank” 68 milyon 945 min manat məcmu kapitala malik olub, bu da 50 milyon manat olan minimal tələbdən yüksəkdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
Azərbaycan nefti orta hesabla 94,5 dollardan, qazı 313 dollardan ixrac edilib
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 milyon dolları ötüb
-
12 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 26 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
-
45 d. əvvəl
Azərbaycan banklarına “Moody’s”dən müsbət qiymət: Sistem riskləri azalıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
-
1 saat əvvəl
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycandan ilk 6 ayda 3 milyard dollar kapital çıxarılıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®

























