Azərbaycanda bank tənzimlənməsi üzrə yeni qaydalar qəbul ediləcək
Maliyyə Bazarlarına Nəzarət Palatası 2020-ci ilə qədər bank tənzimlənməsi üzrə yeni qaydaları qəbul etməyi planlaşdırır. Bu barədə Moody`s Investors Service beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
“Moody`s” gözləyir ki, maliyyə sektorunun cari islahatları prudensial siyasət, bank nəzarəti və məkumat mübadiləsinin keyfiyyətini artıracaq, bu da banklara kredit risklərini daha yaxşı qiymətləndirməyə və idarə etməyə imkan yaradacaq. Xüsusilə, MBNP qanunvericilikdə əks olunacaq yeni bank qaydalarını tətbiq edir. “Moody`s” bu qaydaların 2020-ci ilədək parlament və prezident tərəfindən təsdiq olunacağını gözləyir”, - məlumatda qeyd edilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Agentliyin qiymətləndirmələrinə əsasən, kapitalın adekvatlığı və valyuta riskləri barəsində daha sərt normativ tətləblər bankların kapitallaşmasının artmasına gətirəcək və 2014-2017-ci illərlə müqayisədə valyuta risklərini məhdudlaşdıracaq.
“Xüsusilə, məcmu kapitalın risk aktivlərinə nisbəti 2016-cı ilin sonuna olan vəziyyətə görə 12%-dən 2018-ci ilin sonuna orta hesabla 20%-dək artıb. Kapitalin daha yüksək səviyyələri 2018-ci ilin dördüncü rübündə iqtisadiyyatın real sektorunun kreditləşməsinin artımını bərpa etməyə imkan verib. Bu artım, əsasən, manatın kəskin qiymətdən düşməsinə qarşı daha az zəif olan yerli valyutada kreditlərlə şərtlənir”, - məlumatda vurğulanır.
2018-ci ilin sonuna xidmət olunmayan kreditlərin səviyyəsinin yüksək qalması və kreditlərin ümumi həcminin 12%-ə yaxın təşkil etməsinə baxmayaraq, həmçinin “Moody`s” aktivlərin keyfiyyətinin yaxşılaşacağını gözləyir, bu da davam edən iqtisadi artım və bu yaxınlarda elan olunan kiçik pərakəndə borc alanların borc yükünün azalmasına yönəlib. Bu tədbirlər 2015-ci ildə milli valyutanın devalvasiyası ilə əlaqədar kiçik borc alanların xrclərini ödəyəcək və bankları vaxtı keçmiş kreditləri restrukturizasiya etməyə vadar edəcək.
“Buna baxmayaraq, bank sektoru zəif olaraq qalır, çünki maliyyə sisteminə etimad zəif olaraq qalmaqdadır, dollarlaşmanın səviyyəsi isə yüksəkdir. Hökumət əmanətlərin tam həcmdə sığortasını daha bir il müddətinə - 2020-ci ilin mart ayınadək uzadıb. Həmçinin dollarlaşmanın səviyyəsi regionda ən yüksək göstəricilərdən biridir: 2019-cu il fevralın sonuna xarici valyutada depozitlər xarici valyutada kreditlərlə müqayisədə depozitlərin ümumi həcminin 65%-ni təşkil edir. Xarici valyutada kreditlər kreditlərin ümumi həcminin 37%-ni təşkil edir. Bu, bank balanslarının yerli valyutada qiymətdən düşməsinə daimi zəifliyini nəzərdə tutur”, - məlumatda deyilir.
AZƏRBAYCANIN REYTİNQİNİ TƏSDİQ EDİB
Xəbər verdiyimiz kimi, beynəlxalq kredit reytinqi agentliyi "Moody`s Investors Service" cümə günü Azərbaycanın uzunmüddətli emitent və təminatsız borc reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
Agentliyin məlumatında deyilir ki, reytinq üzrə proqnoz "sabit" kimi saxlanılıb.
“Moody`s”in ekspertləri qeyd edirlər ki, reytinqin təsdiq olunmasını əsas amilləri aşağıdakılardır: cari büdcə islahatlarına əsaslanan hökumətin artan təmiz kreditor mövqeyi; bank sektorunda risklərin tədricən azalması; iqtisadiyyatın şaxələndirilməsinin məhdud perspektivləri və mümkün şoklara iqtisadiyyatın cavab vermək qabiliyyətini azaldan institusional məhdudiyyətlər.
“Moody`s”in gözləyir ki, Azərbaycanın ümumi dövlət borcu 2018-ci ildə ÜDM-in 33%-dən 2020-ci ilədək ÜDM-in 29%-dək azalacaq.
“Ötən il Azərbaycan dövlət xərclərini məhdudlaşdıran qaydaları qəbul edib. Bu qaydalar hökumətin karbohidrogenlərin ixracından gəlirlərdən asılılığın, illik qeyri-neft kəsirinin azalması, neftin aşağı qiyməti və ya iqtisadi artımın mühüm dərəcədə sürətinin azalması zamanı kontrsiklik xərcələrin yol verilməsinə yönəldilib. 2018-2025-ci illər üçün uzunmüddətli borc strategiyası birbaşa dövlət borcunun azalmasına yönəlib və yeni birbaşa borcun yaranması və yeni zəmanətlərin verilməsinə məhdudiyyət qoyur”, - agentliyin məlumatında deyilir.
Agentlik ortamüddətli perspektivdə Azərbaycanın karbohidrogen sektorundan asılılığının mühüm dərəcədə dəyişəcəyini gözləmir. “Moody`s”in analitiklərinə əsasən, ötən il sektor ümumi ixracın 90%-dən çoxunu, sənaye istehsalının 75%-ni, birləşdirilmiş dövlət gəlirlərinin 60%-ə yaxınını təmin edib.
““Moody`s”in qiymətləndirdiyi karbohidrogen istehsalçı ölkələr arasında neft-qaz sektprundan asılılıq ən yüksək səviyyədədir. Gəlirlərin daha aşağı səviyyədə olması və daha iri hımcdə karbohidrogen istehsal edən ölkələrlə müqayisədə iqtisadiyyatın kiçik həcmi Azərbaycanın iqtisadi sabitliyini daha da məhdudlaşdırır”, - agentliyin mütəxəssisləri qeyd edirlər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
2 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
23 d. əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
1 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
Ən çox oxunanlar
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar


















