"Nikoil Bank" Baş Prokurorluğa minnətdarlığını bildirir - AÇIQLAMA
"Nikoil Bank"sabiq işçilərinin işi üzrə istintaqın müvəffəqiyyətlə başa çatması ilə əlaqədar Baş Prokurorluğa öz minnətdarlığını bildirir
“Nikoil Bank”, Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş materialın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması və vəzifəli şəxslərin həbs olunması xəbərilə bağlı açıqlama yayıb.
Bankdan “Marja”ya daxil olmuş açıqlamada deyilir:
“2016-cı ildə daxili istintaq zamanı “Nikoil Bank” tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntularını aşkar olunmuşdu. "Nikoil Bank" sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət etmişdi.
Bugün Baş Prokurorluq tərəfindən bu işin gedişatı ictimaiyyətə açıqlandı və rəsmi bəyanatda istintaqın nəticələri yayımlandı. "Nikoil Bank" bu istintaqın uğurla başa çatması ilə əlaqədar Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.
2016-cı ildən etibarən "Nikoil Bank"ın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsilə müasir idarəetmə proseslərini tətbiq etdi. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb”.
RÜŞVƏT ALIB, PUL MƏNİMSƏYİBLƏR
Baş Prokurorluğun Mətbuat xidmətinin ayydığı açıqlamada bildirilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.
Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
Qeyd edilən vəzifəli şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
8 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
-
8 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
8 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
9 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
9 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
9 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
10 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®



























