“Unibank” böyük mənfəət əldə edən banklar sırasında - 7,5 DƏFƏ ARTIB

“Unibank” ASC 2018-ci ili 30 milyon 300 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Unibank” 2017-ci ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurmuşdu. Başqa sözlə, Bankın xalis mənfəəti 7,5 dəfə artıb.
“Marja” Bankın məcmu gəlirlər haqqında konsolidə edilmiş hesabatına istinadən xəbər verir ki, ötən il Bankın xalis mənfəətinin 23 milyon 815 min manatı ehtiyatın bir hissəsinin azad olması hesabına yaranıb. Belə ki, “Unibank” əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün ehtiyat yaradırdı. Artıq kredit riskləri azaldığından və gecikmədə olan kreditlər qaytarıldığından ehtiyat “blokdan çıxır” və gəlirə əlavə edilir.
Ötən il ehtiyatdan gəlir nəzərə alınmadan “Unibank”ın cəmi gəlirləri 90 milyon 732 min manat, cəmi xərcləri isə 84 milyon 204 min manat, əməliyyat mənfəəti isə 6 milyon 528 min manat təşkil edib. Yəni, ehtiyatın bir hissəsinin azad olması hesabına əldə edilmiş 23 milyon 815 min manatı gəlir nəzərə alınmadan belə “Unibank” mənfəət əldə edib.
Ötən il, “Unibank”ın faiz gəlirləri 67 milyon 684 min manat, haqq və komissiya gəlirləri 12 milyon 717 min manat, xarici valyuta ilə əməliyyatlar üzrə gəliri 5 milyon 62 min manat, balansdankənar öhdəliklər üzrə yaradılmış ehtiyatdan gəlir 4 milyon 250 min manat təşkil edib. Balansdankənar öhdəliklər üzrə ehtiyatdan gəlir nəzərə alınmasa da “Unibank” əməliyyat mənfəətinə çıxıb.
2017-ci ildə “Unibank”n cəmi gəlirləri 80 milyon 908 min manat, o cümlədən faiz gəlirləri 72 milyon 84 min manat, qeyri-faiz gəlirləri 8 milyon 824 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 7 milyon 869 min manat əməliyyat mənfəəti qalmışdı. “Unibank” ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyatlara 3 milyon 825 min manat ayırdığından həmin ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR İLƏ BÖYÜYÜB
30 Dekabr 2018-ci il tarixində “Unibank” 693 milyon 877 min manat cəmi aktivlərə, 638 milyon 642 min manat cəmi öhdəliklərə və 55 milyon 236 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “Unibank” 601 milyon 841 min manat cəmi aktivlərə, 538 milyon 419 min manat cəmi öhdəliklərə, 63 milyon 422 min manat cəmi balans kapitalına malik idi.
İllik müqayisədə müştərilərə verilən kreditlər 107 milyon 568 min manat və ya 38,4% artaraq 2017-ci ilin sonundakı 280 milyon 86 min manatdan 387 milyon 654 min manata yüksəlib.
2018-ci ilin sonunda “Unibank” 63 milyon 450 min manat məcmu kapitala malik olub. 2017-ci ilin sonunda bu məbləğ 67 milyon 488 min manat idi.
Xəbər verdiyimiz kimi, 2018-ci ili 30 bankdan 25-i xalis mənfəətlə başa vurub. "Unibank" ən çox xalis mənfəət əldə etmiş 4-cü bankdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Şüşə vitrinlərinizi çöl görüntüsünü pozmadan reklam sahəsinə çevirin!
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 10 saat əvvəl
-
10 saat əvvəl
İcbari Sığorta Bürosu və Əməyin Mühafizəsi Mərkəzi birgə təlimlər keçirir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın sədri öz istəyi ilə bankdan ayrılıb, müvəqqəti sədr təyin edilib
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Ağdamda yeni şirkət - lift və eskalator istehsal edəcək

SOCAR-ın Azərbaycan və İsveçrədə gəlirləri azalıb
Ən çox oxunanlar

SOCAR-ın əsas əməliyyat gəlirləri və ümumi mənfəəti azalıb

SOCAR: 2024-cü ildə “Azər-Türk Bank” satın alınıb

Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verildi

Mədəniyyət Nazirliyində yeni müdir təyinatı olub
.jpg)
İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb
