Ən böyük zərərdə olan Bank məlum oldu

“VTB Bank (Azərbaycan)” 2018-ci ili 250 milyon 478 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 4 milyon 753 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “VTB Bank (Azərbaycan)”ın faiz gəlirləri 7 milyon 806 min manat, faiz xərcləri isə 8 milyon 614 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 809 min manat xalis faiz zərəri yaranıb.
“VTB Bank (Azərbaycan)” qeyri-faiz əməliyyatlarında da zərər edib. Bankın qeyri-faiz zərəri 5 milyon 524 min manat təşkil edib. Ötən il bir manat da olsun xalis qazancı olmayan Bank, üstəlik 24 milyon 577 min manat inzibati və digər xərclər çəkib. Nəticədə“VTB Bank (Azərbaycan)”nın 30 milyon 910 min manat əməliyyat zərəri yaranıb. Ötən ilin əməliyyat zərəri 2017-ci illə müqayisədə cüzi azdır.
Ziyan əməliyyat zərəri ilə yekunlaşmır. Ötən il ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 218 milyon 800 min manat ayrıldığından Bankın zərəri 250 milyon 478 min manata qalxıb.
“VTB Bank (Azərbaycan)” nə müştərilərə verilmiş kreditlərdən, nə də digər bank xidmətlərindən qazanc götürə bilmir.
Qeyd edək ki, “VTB Bank (Azərbaycan)” 2018-ci il üzrə ən böyük zərəri açıqlayan bankdır.
2017-ci ildə VTB Bank Azərbaycan-ın cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 248 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 54 milyon 800 min manat təşkil etmişdi. Nəticədə Bankın 32 milyon 552 min manat əməliyyat zərəri yaranmışdı. Lakin Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 39 milyon 919 min manatı azad olduğundan və mənfəətə əlavə edildiyindən əməliyyat zərəri bağlanmış, 7 milyon 367 min manat mənfəət də yaranmışdı. Bu mənfəətdən də 2 milyon 614 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bank həmin ili 4 milyon 753 min manat xalis mənfəət ilə başa vurmuşdu.
BANK 3 DƏFƏYƏ YAXIN KİÇİLİB
31 Dekabr 2018-ci il tarixində “VTB Bank (Azərbaycan)” 135 milyon 308 milyon manat aktivlərə malik olub. Aktivlərin 49 milyon 407 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 31 Dekabr 2017-ci il tarixində Bank 397 milyon 211 min manat cəmi aktivlərə malik idi və aktivlərin 281 milyon 176 min manatı müştərilərə verilmiş kreditlərin payına düşmüşdü. 2017-ci illə müqayisədə 2018-ci ildə “VTB Bank (Azərbaycan)”ın aktivləri 3 dəfəyə yaxın azalıb.
İllik müqayisədə Bankın depozit portfeli 47 milyon 94 min manatdan 58 milyon 723 min manata yüksəlib.
Ötən il “VTB Bank (Azərbaycan) Mərkəzi Bankdan cəlb etdiyi 30 milyon manatı, banklar və digər maliyyə institutlarından cəlb edilmiş 131 milyon 267 min manat kreditin 121 milyon 698 min manatını qaytarıb.
31 Dekabr 2018-ci il tarixində VTB Bank (Azərbaycan) 53 milyon 191 min manat məcmu kapitala malik olub.
Mənfəət və zərər haqda hesabat | IV rub 2018 |
| İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 7 805,70 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 8 614,65 |
Xalis faiz mənfəəti (zərəri) | - 808,95 |
Qeyri-faiz gəlirləri, cəmi | - 5 524,44 |
Qeyri-faiz xərcləri, cəmi | 24 577,12 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 30 910,51 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 218 800,00 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | - 249 710,52 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi | -767,64 |
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | - 250 478,16 |
Mənfəətdən ödənilən vergilər |
|
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | - 250 478,16 |
AKTİVLƏR | |
| IV RUB 2018 |
Nağd vəsaitlər | 7 014,52 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 15 239,24 |
Banklara verilmiş kreditlər | - |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 23 123,19 |
Qiymətli kağızlara investisiyalar | 29 629,32 |
Digər maliyyə institutlarına xalis kreditlər | 400,00 |
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 49 401,97 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 715,87 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi | 1 278,00 |
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 778,58 |
Digər aktivlər | 6 726,40 |
CƏMİ AKTİVLƏR | 135 307,09 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 58 723,68 |
AMB-nın banka qarşı tələbləri, cəmi | - |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 608,55 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 9 569,90 |
Bankların depozitləri | 85,75 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 8 955,03 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər | 2 394,31 |
CƏMİ ÖHDƏLİKLƏR | 80 337,22 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 54 249,51 |
a) dövriyyədə olan adi səhmlər | 315 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 261 565,49 |
Ümumi ehtiyatlar, cəmi | 720,37 |
Cəmi kapital | 54 969,87 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 135 307,09 |
Kapitalın strukturu, min manatla | IV rüb 2018 | |
|
| |
I dərəcəli kapital : | 54 249,51 | |
Adi səhmlər | 315 815,00 | |
Keçmiş illərin mənfəət/zərəri | - 11 087,33 | |
Cari ilin zərəri | - 250 478,16 | |
I dərəcəli kapitaldan tutulmalar | 1 778,58 | |
Tutulmalardan sonra I dərəcəli kapital | 52 470,92 | |
II dərəcəli kapital : |
| |
Ümumi ehtiyatlar | 720,37 | |
Cari ilin mənfəət | - | |
Kapitalın digər vəsaitələri | - | |
II dərəcəli kapitalın cəmi | 720,37 | |
Məcmu kapital | 53 191,29 | |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 135 693,17 | |
| IV rüb 2018 | AR MB tərəfindən təyin olunmuş norma |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 38,58% | 5% |
Məcmu kapitalın adekvatlıq əmsalı | 39,11% | 10% |
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

PAŞA Qrup şirkətləri şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır

Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar dayanıqlı depozit təşəbbüsü
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
5 saat əvvəl
İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyəni təbrik etdi
-
5 saat əvvəl
Qəbələyə qatar həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
-
-
5 saat əvvəl
“Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
-
5 saat əvvəl
Kredit təşkilatı 17 faizlə 5 illik 1 milyon manat borc axtarır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edildi
-
8 saat əvvəl
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyəni təbrik etdi

Kredit təşkilatı 17 faizlə 5 illik 1 milyon manat borc axtarır

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi
Ən çox oxunanlar

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Sabahın hava proqnozu açıqlandı

Sığortaçıların 1-ci rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb
