“Bank Respublika” 1 milyard manat böyüklüyə yaxınlaşıb
“Bank Respublika” 2018-ci ildə zərərdən mənfəətə keçib, böyüyüb, kapitalını, müştərilərə verilən kreditləri və gəlirini artırıb.
“Bank Respublika” ASC 2018-ci ili 2 milyon 154 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 10 milyon 518 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Bank Respublika”nın cəmi gəlirləri 8 milyon 982 min manat və ya 15% artaraq 69 milyon 57 min manat təşkil edib. Bank 2017-ci ildə 60 milyon 75 min manat cəmi gəlir əldə etmişdi.
İllik müqayisədə Bankın faiz gəlirləri 11 milyon 794 min manat və ya 38,5% artaraq 42 milyon 460 min manata qalxıb, qeyri-faiz gəlirləri isə 10,6% azalaraq 26 milyon 597 min manata düşüb. “Bank Respublika” 2017-ci ildə 30 milyon 666 min manat faiz, 29 milyon 409 min manat qeyri-faiz gəliri əldə etmişdi.
FAİZ XƏRCLƏRİ AZALIB
Ötən il, “Bank Respublika”nın cəmi xərcləri 59 milyon 896 min manat, o cümlədən faiz xərcləri 17 milyon 839 min manat, qeyri-faiz xərcləri 42 milyon 57 min manat təşkil edib. 2017-ci ildə Bankın cəmi xərcləri 55 milyon 112 min manat, o cümlədən faiz xərcləri 22 milyon 425 min manat, qeyri-faiz xərcləri 32 milyon 687 min manat təşkil etmişdi.
Ötən il “Bank Respublika” ASC 69 milyon 57 min manat cəmi gəliri əldə etmək üçün 59 milyon 896 min manat xərc çəkib. Nəticədə Bankın 9 milyon 161 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 7 milyon 7 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayrılıb. Beləliklə, Bank ötən ili 2 milyon 154 min manat xalis mənfəət ilə bağlayıb.
“Bank Respublika” 2017-ci ildə 4 milyon 963 min manat əməliyyat mənfəəti əldə etmiş, ehtiyatlara 15 milyon 481min manat ayırdığından həmin ili 10 milyon 518 min manat zərər ilə başa vurmuşdu. Ehtiyatlara ayırmanın azalması kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.
Ötən il həm əməliyyat mənfəəti artdığından, həm də ehtiyatlara ayırma azaldığından “Bank Respublika” ASC zərərdən mənfəətə keçib.
BANK BÖYÜYÜB
“Bank Respublika”nın aktivləri 1 milyard manata yaxınlaşıb. 31 Dekabr 2018-ci il tarixində Bankın cəmi aktivləri 983 milyon 98 min manat təşkil edib, bu 2017-ci ilin sonu ilə müqayisədə 280 milyon 984 min manat və ya 40% çoxdur. İllik müqayisədə müştərilərə verilən kreditlər və lizinqlər 229 milyon 614 min manatdan 343 milyon 630 min manata yüksəlib (114 milyon 16 min manat və ya 49,6% artım).
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR
31 Dekabr 2018-ci il tarixində “Bank Respublika” 58 milyon 444 min manat məcmu kapitala malik olub. 2017-ci ilin sonunda bu rəqəm 26 milyon 678 min manat idi. Qeyd edək ki, banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
6 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
-
6 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
6 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
7 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
7 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
7 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
8 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®

























