10 bankın mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun bu ilin yanvar-sentyabr aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub. Bunlar "Bank BTB", "Bank Silk Vey", "Express Bank", "PAŞA Bank", "Xalq Bank", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "Kapital Bank", "NBC Bank" və "Azərbaycan Sənaye Bankı"dır.
Adı çəkilən banklar arasında ən yüksək dinamika "Bank BTB"də (13,5 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"ında (1,9%) qeydə alınıb.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
8 bankın - "Azər-Türk Bank", "Günay Bank", "Rabitəbank", "Azərbaycan Beynəlxalq Bankı", "Zıraat Bank Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya" və "Atabank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Atabank"da (94,9%), ən az azalma isə "Azər-Türk Bank"da (6,3%) baş verib.
3 bankın - "Nikoyl Bank", "AGBank" və "Amrah Bank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 570,7 dəfə, 3,6 dəfə və 76,6%.
2 bankın - Pakistan Milli Bankının Bakı filialının və "Access Bank"ın isə zərəri illik müqayisədə müvafiq olaraq 39,6% və 75,5% az olub.
6 bank - "AFB Bank", "Bank of Baku", "Bank Respublika", "Muğan Bank", "Turan Bank" və "Unibank" bu ilin ilk 9 ayını mənfəətlə, ötən ilin ilk 9 ayını isə zərərlə, 1 bank - "Bank VTB Azərbaycan" isə bu ilin yanvar-sentyabr aylarını zərərlə, ötən ilin yanvar-sentyabr aylarını isə mənfəətlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-sı bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub. Bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Access Bank", "Nikoyl Bank" və "Bank VTB Azərbaycan"dır.
Zərərliliyin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (250,847 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (64 min manat) qeydə alınıb.
Qalan 24 bank isə 2018-ci ilin ilk 9 ayından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (319,129 milyon manat), ən az mənfəət əldə edən bank isə "Turan Bank" (65 min manat) olub.
30.09.2018
Adı | Xalis mənfəət, manatla | Xalis zərər, manatla |
1. “AccessBank” | - | 11 milyon 837 min |
2. “AFB Bank” | 7 milyon 461 min | - |
3. "AGBank” | - | 6 milyon 122 min |
4. “Amrahbank” | - | 10 milyon 283 min |
5. “AtaBank” | 86 min | - |
6. “Azərbaycan Beynəlxalq Bankı” | 319 milyon 129 min | - |
7.“Azərbaycan Sənaye Bankı” | 4 milyon 705 min | - |
8. “Azər-Türk Bank” | 120 min | - |
9. “Bank Avrasiya” | 2 milyon 675 min | - |
10. “Bank of Baku” | 3 milyon 128 min | - |
11. Bank “BTB” | 2 milyon 182 min | - |
12. “Bank Respublika” | 1 milyon 213 min | - |
13. “Bank Silk Vey” | 28 milyon 180 min | - |
14. Bank VTB (Azərbaycan) | - | 250 milyon 847 min |
15. “Expressbank” | 3 milyon 155 min | - |
16. “GünayBank“ | 1 milyon 910 min | - |
17. “Xalq Bank” | 17 milyon 959 min | - |
18. “Kapital Bank” | 71 milyon 92 min | - |
19. Melli İran Bankı Bakı filialı | 1 milyon 800 min | - |
20. “Muğanbank” | 650 min | - |
21. “Naxçıvanbank” | 4 milyon 431 min | - |
22. “NBCBank” | 2 milyon 917 min | - |
23. “Nikoyl Bank” | - | 79 milyon 901 min |
24. Pakistan Milli Bankının Bakı Filialı | - | 41 min |
25. “PAŞA Bank” | 50 milyon 429 min | - |
26. “Rabitəbank” | 476 min | - |
27. “Turanbank” | 65 min manat | - |
28. “Unibank” | 34 milyon 110 min | - |
29. “Yapı Kredi Bank Azərbaycan” | 2 milyon 705 min | - |
30. "Ziraat Bank Azərbaycan" | 1 milyon 604 min | - |
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Renkinq, Marja
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
55 d. sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
19 d. əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
-
- 30 d. əvvəl
- 31 d. əvvəl
-
41 d. əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
52 d. əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib
-
2 saat əvvəl
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Ən çox oxunanlar
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®
Maliyyə naziri özünə yeni müşavir təyin edib
7 illik istiqraz, illik 15% gəlir – Hərracın tarixi açıqlandı
Sentyabrın 15-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO

























