Azərbaycanda qatar saatda 159 kilometr sürətlə hərəkət edə bildi - BİR İLK
Azərbaycan üçün istehsal olunan iki sistemli sərnişin lokomotivinin sınaq yürüşü keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ictimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya bildirilib ki, bu barədə ADY-də “Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pflegerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə danışılıb.
QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 2014-cü il mayın 12-də ADY ilə Alstom şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivinin alınmasını ilə bağlı müqavilə imzalanıb. Artıq Fransanın Belfort şəhərində şirkətin “Azərbaycan Dəmir Yolları” üçün istehsal etdiyi birinci “Prima M4” sərnişin lokomotivinin və Qazaxıstanın “Astana” xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda ilk yük lokomotivi olan “Prima T8”in (AZ8A) təqdimat mərasimi olub.
Bu günlərdə iki sistemli sərnişin lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 kilometr sürətlə uğurlu sınaq yürüşü keçirilib. Bu, sürət dəmir yolunun tarixində bir ilkdir. Son nəticədə beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsi təmin ediləcək, sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq.
Görüşdə cari layihə planlamaları və ADY-ə lokomotivlərin çatdırılması işləri, “Alstom” şirkəti tərəfindən qısamüddətli və uzunmüddətli strategiya əsasında texniki xidmət dəstəyi və Bakı-Böyük Kəsik istiqamətində işarəvermə layihəsinin tamamlanması məsələləri ətrafında müzakirələr aparılıb.
“Alstom” şirkətinin regional vitse-prezidenti D.Pfleger bildirib ki, şirkətin Qərbi və Mərkəzi Asiya, Qafqaz, İran və İraq regionunun mərkəzi artıq Bakıya köçürülüb: “Bu, Azərbaycanda apardığımız işləri gücləndirməyə və Azərbaycan Dəmir Yolları ilə bağlı olan layihələrimizə bundan sonra daha çox diqqət yönəltməyə kömək edəcək. Biz “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq əlaqələrinin genişlənməsindən məmnunuq”.
Tədbirdə “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Klasterinin idarəedici direktoru Bernard Peille və şirkətin Azərbaycan və Gürcüstan ölkələri üzrə idarəedici direktoru Elşən Zeynalov iştirak edib. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 22 d. əvvəl
-
28 d. əvvəl
BOKT-un illik 15% gəlirli istiqrazlarının hamısı alınıb -2 milyon manat cəlb etdi
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda inflyasiya açıqlandı
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib

























