“Azərsu” fantastik zərər açıqladı
Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarçısı "Azərsu" ASC 2017-ci ili 508 milyon 350 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 104 milyon 571 min manat və ya 17% azdır. ASC 2016-cı ili 612 milyon 921 min manat zərər ilə bağlamışdı.
“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərsu”nun cəmi gəlirləri 2017-ci ildə 2016-cı illə müqayisədə 3,7% və ya 5 milyon 908 min manat artaraq 165 milyon 745 min manat təşkil edib. Satışın maya dəyəri 85 milyon 727 min manat təşkil etdiyindən satışdan xalis gəlir 80 milyon 18 min manat təşkil edib.
Eyni zamanda, ASC 83 milyon 86б min manat digər gəlirlər əldə edib.
“Azərsu”nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon б14 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata yüskəlib.
6 MİLYARD MANATA YAXIN YIĞILMIŞ ZƏRƏR
31 Dekabr 2017-ci il tarixində “Azərsu” ASC 649 milyon 439 min manat cəmi aktivlərə, 755 milyon 799 min manat cəmi öhdəliklərə malik olub. Yığılmış 5 milyard 904 milyon 502 min manatlıq zərər 1 milyard 968 milyon 732 min manat kapitalı və 3 milyard 874 milyon 410 min manatlıq dövlət investisiyalarını silib və cəmi kapital mənfi б1 milyon 3б0 min manat olub.
“İnfrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində "Azərsu"nun cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə, müvafiq olaraq, 370 milyon 158 min manat və 457 milyon 875 min çox olmuşdur. "Azərsu" 31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə 508 milyon 350 min manat (2016-cı il 612 milyon 921 min manat) məbləğində xalis zərər çəkmişdir. "Azərsu" su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət "Azərsu"nun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir”,- Hesabatda deyilir.
1 MANAT 41 QƏPİYƏ BAŞA GƏLİR, AMMA 74 QƏPİYƏ SATILIR
Hesabatda qeyd edilir ki, zərərin səbəbi su və kanalizasiya xidmətinin satış qiymətinin maya dəyərindən aşağı olmasıdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”) Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur.
Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur”, - ASC-nin 2017-ci il üzrə hesabatında deyilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”) 100% Azərbaycan Respublikası dövlətinə məxsusdur və Azərbaycan Respublikasında su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qrupun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, Azərbaycan Respublikası ərazisində istehlakçılar tərəfindən istifadəsinin, paylanmasının və satışının mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
“TARİFİN ARTIRILMASI VƏZİYYƏTİ YAXŞILAŞDIRIB”
Hesabatda qeyd edilir ki, rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır: “Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır. Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
58 d. əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
2 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®

























