Qaz balonu kustar üsulla quraşdırılır - TƏHLÜKƏLİDİR
Hazırda dünyada, eləcə də Azərbaycanda nəqliyyat vasitələrində yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadə edilməsi halları artır. Lakin bəzən yanacağın bu növünün təhlükəli olduğu bildirilir, hər an yanacaq balonunun partlama ehtimalı olduğu vurğulanır.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sıxılmış qaz kifayət qədər səmərəli və təhlükəsiz bir yanacaq növüdür:
“Ona görə də heç bir problem olmadan dünyanın hər yerində tətbiq olunur. Bir çox dövlətlər hazırda nəqliyyat vasitələrində, xüsusən ictimai nəqliyyatda sıxılmış qaz yanacağına keçir. Avropada kütləvi surətdə sıxılmış qazla işləyən mühərriklərə keçilir".
Onun sözlərinə görə, müvafiq texnologiyalara düzgün riayət olunsa, avadanlıqlar keyfiyyətli quraşdırılsa və onlara normal qulluq edilsə, CNG ilə işləyən avtomobillərin heç bir xüsusi təhlükəsi olmaz: "Digər tərəfdən, ekoloji cəhətdən sıxılmış qaz ən yaxşı göstəricilərə malikdir, içərisində təhlükəli maddələr yoxdur".
Ekspert qeyd edib ki, hətta qonşu İranda avtomobil parkının, xüsusilə ictimai nəqliyyat parkının xeyli hissəsi sıxılmış qazla işləyir, Türkiyədə də kütləvi surətdə bu yanacağa keçməyə başlayıblar:
“Bu yanacağın digər bir üstünlüyü də ondan ibarətdir ki, sıxılmış qazla işləyən avtomobil məsafəni qət etmək üçün daha az yanacaq sərf edir. Burada sadəcə texnoloji qaydalara dəqiq riayət olunmalıdır ki, sonra bir fəsad yaranmasın”.
Hazırda Azərbaycanda avtomobillərin CNG ilə işləməsi üçün avadanlıqları tam təhlükəsiz quraşdıran mərkəzlər yoxdur. Bu cür qurğular müxtəlif sexlərdə, xüsusi avadanlıqlar vasitəsilə deyil, kustar üsulla quraşdırılır ki, bu da olduqca təhlükəlidir, qaz balonunun partlaması ciddi fəsadlara yol aça bilər. Digər, tərəfdən qaz balonlarına xüsusi qurğular quraşdırılır ki, hər hansı bir qaz sızması olan zaman dərhal xəbərdarlıq etsin. Lakin Azərbaycanda bu qurğuları da quraşdıran mərkəzlər yoxdur.
Qeyd edək ki, hazırda Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 3 yanacaqdoldurma məntəqəsində, "Azpetrol"un isə 5 məntəqəsində sıxılmış təbii qazın satışı həyata keçirilir. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə sıxılmış qaz məntəqələrin sayının ümumilikdə 20-yə çatdırılması planlaşdırılır.
Hazırda dünya miqyasında sıxılmış qaz yanacağına tələbat sürətlə artır. CNG qaz daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. CNG benzinə görə karbon monoksid qazını 80% daha az emissiya edir. Mütəxəssislərin hesablamalarına görə, sıxılmış qazla işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər.
Dünyada sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı 26 milyondan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qazdan istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 20 d. əvvəl
-
26 d. əvvəl
BOKT-un illik 15% gəlirli istiqrazlarının hamısı alınıb -2 milyon manat cəlb etdi
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda inflyasiya açıqlandı
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
























