Azərbaycanda diplomu tanınmayan “Anadolu” Universiteti tələbə qəbuluna davam edir
Türkiyənin “Anadolu” Universiteti Azərbaycanda reklamlar vasitəsilə qəbul imtahanlarında uğursuz olmuş abituriyentlərin diqqətini cəlb etməyi bacarıb.
“Marja” xəbər verir ki, qəbul imtahanlarında aşağı ballar yığmış abituriyentlərin valideynləri bu günlər öz uşaqlarını Anadolu Universitetinə düzəltməyə can atırlar. “Anadolu” Universitetinin Azərbaycan Proqramları koordinatorluğu abuturiyentlərin qeydiyyatı və qəbulu ilə məşğuldur. Qeydiyyatın Avqustun 11-də başa çatacağı bildirilir.
İLLİK TƏHSİL HAQQI 1900 MANATDIR
Valideynlərdən birinin “Marja”ya verdiyi məlumata görə, universitetə qəbul olunmaq üçün qeydiyyata düşmək və 1 aylıq hazırlıq kursundan keçmək tələb olunur. Qeydiyyat üçün 50 manat, hazırlıq kursu üçün isə 100 manat ödənilməlidir. Hazırlıq kursundan sonra abituriyent universitetə qəbul olunur. “Anadolu” Universitetinin illik təhsil haqqı 1900 manatdır. Tələbə Türkiyəyə getmədən, qiyabi, məsafəli təhsil (distant) alır. Məsafəli təhsil zamanı internet, faks, poçt və ya e-poçt kimi üsullarla tələbələrə müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Bizə bildirildi ki, uşağınız evində kompyuter qarşısında əyləşib internet vasitəsilə dərsləri mənimsəyəcəkdir”,- valideyin bildirdi.
ARAYIŞI HƏRBİ XİDMƏTƏ MÖHLƏT VERMİR
O qeyd etdi ki, “Anadolu” Universitetinin verdiyi arayış səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbələrində keçərli deyil. Arayışda təhsilin qiyabi və ya əyani olduğu göstərilmir. Sadəcə, çağırış şöbələrində bu sənədə diqqətlə fikir verilmədiyindən tələbəyə möhlət verilir. Əgər səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti sənədə diqqətlə fikir versə, tələbə hərbi xidmətə aparılacaqdır.
“DİPLOMU TANINMIR”
Təhsil Nazirliyindən “Marja”ya bildirildi ki, distant təhsillə alınan diplom tanınmır. Tələbə mütləq Türkiyədə əyani təhsil almalıdır. Xüsusilə, tələbənin təhsil aldığı universitet dövlət təhsil müəssisəsi olmalıdır.
https://anadolu.edu.az saytında verilən məlumata görə, "Anadolu" Universiteti 2009-2013-cü illər ərzində “Azərbaycan Proqramları” nda 5 ixtisas üzrə distant təhsil vermişdir. 2016 -cı tədris ilindən daha 23 ixtisas əlavə olunaraq ixtisasların sayı 28-ə çatdırılmışdır. Hazırda Azərbaycandan 3000 nəfərə yaxın tələbə "Anadolu" Universitetində distant formada ali təhsil almaqdadır.
“Diplomun tanınmaması onun qanunsuz olması demək deyil” - Anadolu Universitetinin Azərbaycandakı tərəfdaşı
Distant (məsafədən) təhsil-tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.3 maddəsinə əsasən, distant təhsil də əyani, qiyabi və sərbəst kimi təhsilalma formalarından biridir. Yəni, distant təhsilalma forması Azərbaycan Qanunvericiliyinə də tam uyğun bir təhsilalma formasıdır. Bu təhsilalma forması dünyanın qabaqcıl ölkələrində tətbiq olunur və qardaş Türkiyə Respublikasında da Anadolu Dövlət Universitetinin Açıqöyrətim Sisteminin imkanları sayəsində tətbiq olunmaqdadır. Bu təhsilalma formasının imkanlarından yararlanaraq, Türkiyədə Anadolu Universitetindən sayı milyonlarla ölçülən şəxs təhsil alaraq məzun olmuşdur.
Azərbaycan Təhsil Nazirliyi dünyanın bütün universitetlərindən distant üsulla alınan diplomları hələki tanımır.
Anadolu Universitetinin Azərbaycan Proqramları Koordinatoru, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin üzvi Azər Hətəmov "Marja"ya bildirdi ki, diplomun tanınmaması və nostrifikasiya edilməməsi bütün hallarda onun qanunsuz olması demək deyil:
“Əlbəttə ki, hər birimiz Azərbaycan Respublikasının təhsil siyasətinə hörmət və sayğı ilə yanaşırıq. Lakin 1996-cı ildə Azərbaycan parlamenti tərəfindən də ratifikasiya olunmuş Beynəlxalq Konvensiyanın tələblərinə görə təhsilalma formasından asılı olmayaraq diplomlar tanınmalıdır. Həmin Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, diplomu təqdim edən ali təhsil müəsissəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu əldə etməsidir. Bu barədə 2012-ci ildə Azərbaycan Respublikası Təhsil naziri müavininin mətbuata açıqlaması da olmuşdur.
Anadolu Universiteti Türkiyənin qanuni əsaslarla qurulan və ən böyük dövlət universitetidir və diplomları istər əyani, istərsə də distant təhsil üzrə dünyanın əksəriyyət ölkələrində tanınır və uyğunluq sertifikatı alır.
2013-cü ildə bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən verilmiş cavab məktubunda da hüquqi cəhətdən vurğulanır ki, diplomlara təhsilalama formasına görə fərq qoyulmamalıdır və tanınmalıdır. Beynəlxalq Konvensiyasının tələblərinə görə də diplomlar təhsilalma formasından asılı olmayaraq tanınmalı və nostrifikasiya edilməlidir. Yəni, xarici universitetlərdən alınan diplomların nostrifikasiya edilməməsinə səbəb kimi təhsilalma forması göstərilməməlidir. Diplomun nostrifikasiya edilməməsinə yalnız fərdi qaydada yanaşılmalıdır. Tutaq ki, bir Azərbaycan vətəndaşı Rusiyanın ucqar bir şəhərində yerləşən və Rusiya dövləti tərəfindən xüsusi razılıq-lisenziya verilməyən, yəni Rusiya dövləti tərəfindən qanuni hesab edilməyən bir universitetdən istənilən təhsilalma forması üzrə məzun olmuşdur , yaxud hər hansı bir qanuni universitetdə təhsili almadığı halda saxtalaşdırılmış diplom təqdim etmişdir. Əlbəttə ki, hər iki halda həmin diplomlar tanına və nostrifikasiya edilə bilməz”.
DİSTANT TƏHSİL HƏM DƏ VALYUTANIN ÖLKƏDƏN ÇIXMASINA AZALDICI TƏSİR GÖSTƏRİR
Azər Hətəmov qeyd etdi ki, distant təhsil tələbənin işdən ayrılmamasına, vaxtını səmərəli istifadə etməsinə və həm də valyutanın ölkəmizdə qalmasına köməkdir:
"Mən xaricdə əyani təhsil almağa da müsbət yanaşıram, lakin bir çox ölkələrdə əyani təhsil alanlardan başqa qiyabi təhsil alan vətəndaşlarımız da varki onların ildə təxminən 2 aya yaxın həmin ölkədə olmaq məcburiyyətləri var. Bu zaman onlar həmin ölkədə qalmağa, qidalanmaya, nəqliyyata və s. digər xərclər çəkməli olurlar. Distant təhsildə isə tələbənin əyani və qiyabi təhsildən fərqli olaraq, universitetə getmək məcburiyyəti olmadığı üçün, onlar Azərbaycanı tərk etmədən "online" formada təhsil ala bilirlər. Yəni, bugün Anadolu Universitetində "online", distant təhsil alanların Türkiyəyə, Liverpul Universitetində distant təhsil alanların İngiltərəyə getmələrinə ehtiyac yoxdur”.
Azər Hətəmov bildirdi ki, Anadolu Universitetində distant təhsil forması üzrə bakalavr tibb və hüquq təhsili yoxdur. Bu ixtisaslar yalnız əyani formada olur. Təcrübə tələb edən tibb kimi ixtisaslar məsafədən (distant) tətbiq edilmir. Distant üsul ilə əsasən iqtisadi, idarəetmə və turizm ixtisasları üzrə təhsil almaq mümkündür ki, tələbələrimiz daha çox Biznesin təşkili və idarə edilməsi (İşletme), İqtisadiyyat (İktisat), Maliyyə (Maliye), Beynəlxalq münasibətlər (Uluslararası ilişkiler), Otel işinin təşkili və idarə edilməsi (Konaklama işletmeciliği) və sair ixtisaslara üstünlük verirlər. Turizm ixtisası üzrə təhsil alanlara isə otellərdə təcrübə keçmələri üçün lazımi dəstək göstərilir.
MƏZUNLAR 1 İL ƏSGƏRLİK ÇƏKİRLƏR
Azər Hətəmov vurğuladı ki, Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan məzun olanlar 1 il hərbi xidmət keçirlər.
Anadolu Universitetində Azərbaycandan yalnız Azərbaycan vətəndaşları deyil, həm də Azərbaycandakı Türkiyə vətəndaşları da təhsil alırlar. Həm də onların bir çoxu yalnız birinci ali təhsil deyil, ikinci və hətta üçüncü ali təhsil alan şəxslərdirlər.
“Anadolu Universitetində təhsil alan Azərbaycan vətəndaşları olan tələbələrin hərbi xidmətə çağırılması və ya möhlət hüququnun verilməsi Azərbaycan hərbi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə görə, təhsil müddətində hərbi xidmətdən möhlət yalnız əyani təhsil alanlara verilir. Yəni Azərbaycanın da bütün universitetlərində möhlət yalnız əyani təhsilə verilir, qiyabi təhsilə isə verilmir. Lakin qeyd etdiyim kimi, Anadolu Universitetində Azərbaycandan məzun olanların diplomları apostil olunub, təsdiq edildiyi üçün onlar 1 il 6 ay deyil, ali təhsilli kimi 1 il hərbi xidmət keçirlər”.
Azər Hətəmov, “Təhsil Nazirliyi dünyanın bütün universitetlərindən distant üsulla alınan diplomları hələki tanımadığını bildirir, bəs reallıqda tələbələr çətinliklə qarşılaşırlarmı?” sualına, “Tələbələrin bir çoxunun ikinci ali təhsil aldıqlarını, bir çoxunun Türkiyə vətəndaşı olduğunu və distant təhsil alanların bir çoxunun isə universitetə qəbul olunarkən artıq işlədiklərini nəzərə alsaq bu məsələdə ciddi çətinliklə rastlaşdıqlarını düşünmürəm. Məzunlarımızdan bəziləri ola bilsinki dövlət qulluğu kateqoriyasında işə qəbul zamanı belə bir çətinliklə üzləşsinlər. Dövlət qulluğu kateqoriyasında olmayan digər qurumlarda, özəl sektorda isə bilik və bacarığı olan gənclərə hər zaman iş tapılır. Həmçinin ATİB də onların Azərbaycandakı Türk şirkətlərində işə düzəlmələrinə mümkün köməklik göstərir. Anadolu Universitetinin diplomunu əldə edən məzunlar yalnız Azərbaycanda deyil, həm də Türkiyədə problemsiz işə qəbul oluna bilirlər, Türkiyədə hətta dövlət vəzifələrinə də işə qəbul olunmaları mümkündür”, - şəkilində cavab verdi.
Anadolu Universitetində distant təhsil haqqı illik maksimum 960 avrodur. Təhsil haqqı ildə iki dəfəyə ödənilir. Qiymətə kitablar, elektron vəsaitlər və imtahanlar daxildir. Anadolu Universitetinə qəbul üçün türk dili və məntiqdən imtahanlar verilir.
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
49 d. əvvəl
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
-
11 saat əvvəl
Çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
-
12 saat əvvəl
"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
Son Xəbərlər

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Birjadan Bank "BTB"nin istiqrazları barədə qərar

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
Ən çox oxunanlar

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

“Katora 44” şirkətinin Türkmənistandan idxal etdiyi 56 ton pomidorun məhv olunması barədə qərar qəbul edilib

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb

“Abi” otelinin fəaliyyəti dayandırılıb
