Bank rəhbərlərinin maaşları və bonusları rəsmi açıqlanacaq

Mülki Məcəlləyə edilmiş yeni dəyişikliyə görə, bütün ASC-lər, o cümlədən banklar rəhbər şəxslərinin maaş və bonuslarını ictimaiyyətə açıqlamağa məcbur olacaqlar.
23 aprel 2018-ci il tarixdə Mülki Məcəlləmizə bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin şirkət sahibləri və rəhbərləri üçün maraqlı olacağını nəzərə alıb bəzi məqamlar barədə məlumat verməyi zəruri hesab edirik.
Hüquqşünas Pərviz Məmmədov "Marja"ya bildirdi ki, dəyişiklilər əsasən hüquqi şəxsləri və onların sahbilərini investorları şirkət rəhbərliyinin və digər səlahiyyətli şəxslərin vura biləcəyi zərərlərdən qorunması məqsədini daşıyır:
"Bəzi dəyişiklikləri daha yaxından araşdıraq:
Məcəlləinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən həm hüquqi şəxsind rəhbər vəzifələrində olan şəxslər, direktorlar, idarə heyəti üzvləri, müşahidə şurası üzvləri, həmçinin etibarnamə əsasında şirkəti təmsil etmək səlahiyyəti olan şəxslər şirkət mənafeləri üçün və vəziflərini yerinə yetirərkən veridkləri qərarlarda ehtiyatlı olmaqla yanaşı həm də ədalətli və qərəzsiz olmağa borcludurlar. Yəni qərar verərkən təkcə vicdanlı peşəkar olmaq kifayət etmir həmin şəxslər həm də ədalətli və qərəzsiz olmalıdırlar.
49.3-cü maddəyə edilmiş digər bir dəyişikliyə əsasən isə şirkətdə cəmi 5% paya malik olan səhmdar öz vəzifələrini qanunverciliyin tələbləri pozulmaqla yerinə yetirmiş vəzifəli şəxsdən bu pozuntu nəticəsində şirkətə dəymiş zərərin əvəzini tələb etmək hüququna malik olacaqdır.
49-cu maddəyə edilmiş digər əlavələrdə isə konkret olaraq rəhbər şəxslərin məsuliyyət daşıdığı hallar göstərilir:
49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:
49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.
49.5-ci maddə isə öz növbəsində rəhbər orqanlarda vəzifə tutan şəxsin şirkətə vurmuş olduğu zərərə görə öz tutduğu vəzifədən kənarlaşdırılmasını təsbit edir.
49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
Bu maddənin tələbləri isə öz növbəsində bir çox hallarda Əmək Məcəlləsinin də təsiri altına düşən münasibətləri tənzimlədiyi üçün düşünürük ki burada bəzi ziddiyətli məqamlar yarana bilər. Belə ki, Əmək Məcəlləsində İşçinin hansı hallarda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi halları konkret göstərilir və həmin siyahıdan kənara çıxılmasına yol verilmir.
49.6-cı maddə isə şirkət sahibləri tərəfindən şirkətin idarəetmə orqanlarının fəaliyyətinə nəzarətin yeni qaydasını nəzərdə tutur. Belə ki, maddədə deyilir:
49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.
Məcəllənin 90-1ci maddəsinə edilən dəyişiklik isə öz növbəsində şirkətdə bölüşdürülmüş xalis mənfəətin ödənilməsinin imperativ (məcburi) qaydasını təsbit edir. Belə ki xalis mənfəət bölüşdürüldükdən sonra bir ay ərzində şirkətin payçılarına ödənilməli olacaq.
Bu dəyişiklik öz növbəsində dividendlərini almaqda çətinlik çəkən şirkət sahiblərinin mənafelərinin qorunmasına xidmət edir. Həmçinin dəyişiklik mənfəət vergisi ilə bağlı yaranan bir sıra problemlərin də həllini özü ilə gətirəcəkdir.
Mülki Məcəllənin 93.2-ci maddəsinə edilən dəyişiklikdə imperativ xarakterlidir. Belə ki əvvəllər Məhdud Məsuliyyətli Cəmiyyət öz nizamnaməsi ilə şirkət paylarının üçüncü şəxslərə keçməsinə müəyyən məhdudiyyətlər nəzərdə tuta bilirdi. Dəyişklikdən sonra isə bu məsələ bir başa qanunla müəyyənləşdirilir və şirkətdə paylar əgər digər payçılar tərəfindən əldə edilməsə hər hansı üçüncü şəxs həmin payları əldə etmək hüququna malik olacaqdır.
Mülki Məcəlləyə edilmiş ən mühüm dəyişikliklərdən biri də Açıq Səhmdar Cəmiyyətlərlə bağlıdır. Bildiyimiz kimi son dövrlərdə ASC-lərin idarəedici orqanlarında çalışan şəxslərin şirkətin zərərə getdiyi hallarda belə özlərinə çox yüksək maaş və bonuslar təyin etməsi halları ilə üzləşdirdik. Bu da öz növbəsində şirkətin onsuz da çətin olan maliyyə durumunu daha da ağırlaşdırırdı. Üstəgəl burada şəffaflıq yox idi.
Mülki Məcəllənin 99-cu maddəsinə edilmiş dəyişiklikdən sonra ASC lər digər məlumatlarla yanaşı İdarəetmə orqanlarında çalışan şəxslərə verilən ödənişlər yəni əmək haqqları bonuslar və s. barədə məlumatları da açıqlamalı olacaqlar.
Bu da o deməkdir ki bütün ASC-lər, o cümlədən banklar rəhbər şəxslərinin maaş və bonuslarını ictimaiyyətə açıqlamağa məcbur olacaqlar.
Məcəlləyə edilmiş digər dəyişikliklərdən biri də şirkətin rəhbəri tərəfindən şirkətin mənafelərinə zidd olaraq bağlanmış müqavilələrin sonradan etibarsız hesab edilməsi mexanizmini təsbit edir. Bu hissədə özlüyündə Şirkətin və onun investorlarının payçılarının maraqlarını qorumağa yönəlmişdir".
“Marja.az” üçün hüquqşünas, ekspert Pərviz Məmmədov
https://www.facebook.com/pymammadov
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
36 d. əvvəl
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
-
11 saat əvvəl
Çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
-
12 saat əvvəl
"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
Son Xəbərlər

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Birjadan Bank "BTB"nin istiqrazları barədə qərar

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
Ən çox oxunanlar

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

“Katora 44” şirkətinin Türkmənistandan idxal etdiyi 56 ton pomidorun məhv olunması barədə qərar qəbul edilib

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb

“Abi” otelinin fəaliyyəti dayandırılıb
