İstifadəçilərinin sayı ayda 6% artan ödəmə sistemi: "İlin sonuna kimi..."
Ölkəmizdə elektron cüzdanlardan (e-Wallet) əlavə, bir sıra digər elektron ödəmə sistemləri də fəaliyyət göstərir. Onlardan biri də “Paysis” şirkəti tərəfindən yaradılan və yerli bazarda üç ildən artıq fəaliyyət göstərən E-PUL onlayn ödəniş sistemidir. Bu, hələ ki, Azərbaycanda Android və iOS kimi ən məşhur mobil platformalar üçün mobil proqramlar təklif edən, eləcə də ilk on-line rejimdə kartdan-kartda vəsaitlərin köçürmə funksiyasını təqdim edən ödəmə sistemidir. Sistemdə müştərilərin xeyrinə olaraq bütün ödənişlərin qəbul edilməsi birbaşa Azərbaycanın aparıcı banklarından biri olan Bank of Baku-nun əməliyyat mərkəzi tərəfindən həyata keçirilir.
“Paysis” şirkətinin rəhbəri Samir Nasibovun müsahibəsi.
-PUL onlayn ödəniş sisteminin yaranma ideyası necə meydana gəldi və o, bazara çıxışı anından bu günəkimi necə inkişaf edir?
-Bu ideya onlayn ödəniş sistemi fəaliyyətə başlamazdan bir neçə müddət əvvəl yarandı. Biz hamımız ödəniş sistemləri ilə birbaşa məşğul olan bank sektorundan olan şəxslərik. Mən fəxr edirəm ki, bu, tamamilə bizim məhsulumuzdur və öz mütəxəssislərimiz tərəfindən hazırlanmışdır. Əlbəttə ki, bizə ilham verən bir sıra xarici layihələr vardı, lakin əksər hallarda biz müştərilərimizin istəklərinə əsaslandıq, çünki Azərbaycan bazarının özünəxas xüsusiyyətləri vardır. Biz uzun yolun yalnız başlanğıcındayıq və bu yol bizi nağdsız əməliyyatlar üçün universal alətlərin yaradılmasına gətirib çıxaracaq. Layihənin ümumi məqsədi bank kartları üzrə internet ödənişlərinin istisnasız olaraq bütün şirkətlər və internet istifadəçiləri üçün əlyetərli və anlaşılan bir alət etməkdən ibarətdir.
Cari planda kifayət qədər yeni xidmət və funksiyaların tətbiqi nəzərdə tutulub və onlar tədricən həyata keçirilməkdədir. Məsələn, bu yaxınlarda kartdan karta pul köçürmələrində valyuta seçimini reallaşdırma imkanını təqdim etdik. Ümumiyyətlə, ilin sonuna kimi bazarda səs-səda doğuracaq minimum 5 funksiyanı da reallaşdırmağı nəzərdə tuturuq ki, onlar haqqında istifadəyə verildikdən sonra məlumat təqdim etmək istərdik.
İşlər olduqca çoxdur. Belə ki, Azərbaycanda nağdsız ödənişlərin payı çox azdır. Səhv etmirəmsə, bu, təqribən 5-6% təşkil edir. Bu vəziyyətin köklü şəkildə dəyişilməsi məqsədilə dövlət fəal şəkildə çalışır və beynəlxalq şirkətlər məsləhətlər üçün cəlb edilir. Çox təəssüf ki, ödəniş xidmətləri və elektron ödəmələrlə bağlı Azərbaycanda qanunvericilik bazasının olmaması E-PUL kimi xidmətlərin inkişafına da təsir göstərir. Əgər Rusiya nümunəsinə baxsaq, orada gənclər Apple Pay və Samsung Pay kimi xidmətlərdən böyük məmnuniyyətlə istifadə edir ki, bu da nağdsız hesablaşmaların həcminin artması istiqamətində real addım hesab edilə bilər. Rusiyada mobil qurğular vasitəsilə nağdsız vəsaitlər bazarında dövriyyə on dəfə artmışdır. Bu fakta diqqət yetirmək zəruridir.
-Hal-hazırda E-PUL onlayn ödəniş sisteminin nə qədər istifadəçisi vardır?
-Bütünlükdə xidmətlərimizdən təxminən 50 min istifadəçi yararlanır. 3 il ərzində marketinq və reklam üçün minimal xərclərlə belə saya nail olmağımızı nəzərə alsaq, hesab edirəm ki, bu əla göstəricidir. E-PUL istifadəçilərinin sayı ayda 6% artmaqdadır və gözlənilən yeniliklərin xidmətə tətbiqilə isə biz daha yüksək göstəriciləri gözləyirik. Hətta bu göstəricinin iki dəfə artacağı istisna deyildir. Ən başından şirkətdə yüksək texniki bilik və bacarıqlara sahib şəxslər çalışmaqdadır. Onlar marketoloq deyillər, sadəcə olaraq yaxşı proqram işləyib hazırlayıblar ki, bu proqram öz istifadəçilərini tapmış və funksionallığı hesabına əhali arasında geniş yayılmağa başlamışdır. Hal-hazırda layihə üzərində 15 nəfər çalışır, ancaq artıq hiss olunur ki, komandada yeni mütəxəssislərə ehtiyac vardır. Digər tərəfdən də marketinq, reklam və satış sahəsində inkişaf etməyimizin tam zamanının olması da bunu tələb edir. E-PUL yaxşı reklam tələb edən unikal məhsuldur!
- Bəs auditoriyanız necə paylanılmışdır? İstifadəçilərin neçə faizi mobil proqramlara üstünlük verir?
-E-PUL istifadəçilərinin əsas yaş kateqoriyasının 24 yaşdan 35 yaşa qədər insanların olduğunu nəzərə alsaq, əlbəttə ki, mobil proqramları seçənlər daha çoxdur. Ümumilikdə istifadəçilərimizin 70 %-i bu proqramdan smartfonları vasitəsilə istifadə edir və onların arasında Android əməliyyat sistemi bazasında çalışan qurğulara üstünlük verənlər çoxluq təşkil edir. Təxminən eyni nisbətdə Apple istifadəçiləridir - 70 % -in 30 %-ə nisbəti.
-E-PUL onlayn ödəniş sisteminin əsas imkanları və üstünlükləri hansılardır?
- İlk növbədə biz saytda asan və əlyetərli interfeysi təmin etməyə çalışdıq, eləcə də anlaşılan və asan UX-interfeysli mobil proqramı yaratdıq. E-PUL.az komissiya olmadan pul vəsaitlərinin səmərəli şəkildə xərclənməsi imkanlarını təqdim edir, bura eyni zamanda avtomatik ödənişlər xidməti də inteqrasiya edilmişdir. Əsas üstünlüklərindən biri, sözsüz ki, E-PUL Pul Kisəsinin olmasıdır. Burada plastik kartlarda mövcud olan məhdudiyyətlər yoxdur. İstifadəçi bank kartınına sahib olmadan belə, E-PUL Pul Kisəsinə sahib ola və onu MilliÖn terminalları vasitəsilə doldura bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, identifikasiya olunmamış müştərilər üçün Pul Kisəsinin balansının artırılmasının maksimum məbləği 50 AZN təşkil edir. İstifadəçi Bank of Baku-da qeydiyyatdan keçərək bu limiti artıra bilər. Yeri gəlmişkən, kartla ödənişdən fərqli olaraq Pul Kisəsi ilə ödəniş edərkən, istifadəçi daha çox bonus xalları qazanır- müvafiq olaraq 150 və 100 xal.
Bundan əlavə E-PUL.az sistemdə istənilən ödəniş kartını — VISA və ya MasterCard-ı qeydiyyatdan keçirmək imkanını təqdim edir. Eyni zamanda istifadəçi E-PUL.az vasitəsilə müəyyən növ ödənişlərin (məsələn, Amazon və s. alış-verişlərin) həyata keçirilməsi üçün virtual kart da aça bilər. Müvafiq valyuta köçürmələrini dəstəkləyən Card to Card xidmətilə bağlı yuxarıda məlumat təqdim olundu. Bu xidmət yalnız 1,5% komissiyanı nəzərdə tutur. E-PUL Pul Kisəsi xidmətində hesabın artırılması, borcların ödənişi üçün Faktura xidməti və əlbəttə ki, bonuslar xallahı hədiyyələrə dəyişmək üçün Bonus mağazası mövcuddur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz istifadəçilərə birbaşa olaraq bu bonuslar vasitəsilə mobil və kommunal ödənişləri həyata keçirmək imkanlarını təqdim edirik.
© İnfocity
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
16 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
1 gün əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
1 gün əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
1 gün əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
1 gün əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
1 gün əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı

























