Azərbaycanda üzgüçülük üzrə beynəlxalq yarışlar keçiriləcək
Bu gün Gənclər və İdman Nazirliyində Avropa Üzgüçülük Federasiyası (LEN) ilə Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) arasında deklorasiyanın imzalanmasına dair mərasim keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, LEN-in prezidenti Paolo Barelli, AÜF-ün prezidenti Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.
A.Rəhimov bildirib ki, P.Barelli LEN ilə yanaşı, İtaliya Üzgüçülük Federasiyasının da prezidenti olduğundan, iki ölkənin milli federasiyaları arasında da gələcək üçün zəruri danışıqlar aparılıb. Nazirin fikrincə, Azərbaycanda su idman növlərinə təkan verə biləcək razılıqlar əldə olunub: “Bu gün əməkdaşlığın sıx formada aparılması üçün müqavilə bağlanacaq. Bu, yalnız üzgüçülüklə bağlı deyil, bütün su idman növlərini əhatə edəcək. Cənab Barelli ilə Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də müzakirə olunub. Ölkə rəhbərliyinə məruzədən sonra hansı yarışların nə vaxt təşkil edilə biləcəyini açıqlayacağıq”.
P.Barelli isə deyib ki, tərəflər arasında uzunmüddətli əlaqələr qurulub. O, Azərbaycanda üzgüçülük sarıdan böyük potensialın olduğunu söyləyib:
“Burada önəmli bir qurğu – Su İdman Sarayı var. Gələcəkdə Azərbaycandan olan idmançıların Avropada öncül sıralarda olmalarını istərdik. Bu müqavilə gələcək əməkdaşlıq üçün təməldir. İstərdik ki, İtaliya və Azərbaycan idmançıları birgə toplanışlar keçsinlər. Həmçinin, məşqçilər və hakimlər də müştərək yarışlarda iştirak etsinlər. Azərbaycanda tezliklə böyük turnirlərin təşkil olunmasını arzulayıram”.
X.Fətiyev isə Azərbaycanda 40-dan çox Olimpiya Kompleksinin olmasına və Su İdman Sarayının xüsusi önəm daşımasına diqqət çəkib: “Hazırda 1200 nəfərdən çox idmançı bu kompleksdə məşq edir. Ümumilikdə isə su idman növləri ilə məşğul olanların sayı 5 mindən çoxdur”.
Tədbirin sonunda LEN və AÜF prezidentləri əməkdaşlıqla bağlı deklorasiya imzalayıblar.
© Report
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
-
1 gün əvvəl
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
-
1 gün əvvəl
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Noyabrın 15-də gözlənilən hava şəraiti
Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edildi
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçib
Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır
Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib





















