Azərbaycan "Doing Business"də 57-ci oldu

Azərbaycan “Doing Business 2018” hesabatında 8 pillə irəlilədi
Dünya Bank tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.
Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Qeyd edək ki, Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb.
Sözügedən reytinqə əhəmiyyətli təsir edən aşağıdakı islahatları xüsusi qeyd etmək lazımdır:
Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra əlavə müddəalar əlavə olunub.
Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb.
Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli “Kredit büroları haqqında” və 2017-ci il 2 may tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.
Verginin ödənilməsi – 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilib.
"Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi biləvasitə cənab Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. İlk növbədə burada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması və zəruri islahatların aparılması sahəsində nailiyyətlər əldə edilib. Bundan əlavə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi nəticəsində bir neçə sahədə müsbət tendensiyalar nümayiş edilir.
“2018 Doing Business Hesabatı”nda maliyyə resurslarına çıxış imkanı biznesin aparılması üçün ən problemli amillərdən biri kimi göstərilib. Bununla əlaqədar bildirmək istərdik ki, “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr Fərmanı ilə Kredit Zəmanət Fondunun yaradılması nəzərdə tutulub. Belə ki, Kredit Zəmanət Fondu və Kredit büroların fəaliyyətə başlanılması “Doing Business” hesabatının kreditə əlçatanlıq kateqoriyası üzrə növbəti ildə əhəmiyyətli irəliləyişlə nəticələnə bilər.
Qeyd edək ki, cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Həmin hesabatda da Azərbaycanın irəliləməsində əsas rolu Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar oynayıb. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerləri deməkdir.
XXX
Dünya Bankı "Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" hesabatını açıqlayıb.
Azərbaycan reytinqdə 57-ci yerdə qərarlaşıb.
Ölkəmiz ən yaxşı praktikaya (sərhədə) 3,04% vahidi yaxınlaşıb.
Sənədin müəllifləri qeyd edir ki, ölkəmizdə 4 islahat həyata keçirilib:
- Kreditin əldə olunması: Azərbaycan kredit bürolarının yaradılmasına imkan verən qanunun qəbul olunması ilə kredit məlumatlarına əlçatanlığı təkmilləşdirib;
- Minoritar investorların müdafiəsi: Azərbaycan əsas korporativ qərarlarda səhmdarların hüquqlarını və rolunu artıraraq, sahibkarlıq və nəzarət strukturlarını dəqiqləşdirərək və daha çox korporativ şəffaflığı tələb edərək minoritar investorların müdafiəsini gücləndirib;
- Müqavilələrin icra olunması: Azərbaycan istifadəçilərin elektron formada məhkəmə rüsumlarını ödəməsinə imkan verən sistemin tətbiqi ilə müqavilələrin icrasını asanlaşdırıb;
- Müflisliyin tənzimlənməsi: Azərbaycan kreditorlar üçün müflisləşmə prosedurlarını daha əlçatanlığı etməklə və prosedurlarda onların iştirakını artırmaqla, müflisləşmə zamanı müqavilələrin icrası ilə bağlı müddəaları təkmilləşdirməklə və müflisləşmə prosedurlarına start verildikdən sonra onlar üçün maliyyələşdirmə imkanını tətbiq etməklə müflisləşmənin tənzimlənməsini asanlaşdırıb.
Hesabata əsasən, minoritar investorların müdafiəsi sahəsində ölkəmiz yaxşı nəticələr nümayiş etdirir. Belə ki, ölkəmiz qlobal reytinqdə 10-cu yerdədir. Maraqların ziddiyyətinin tənzimlənməsi indeksində 7,7 balla qiymətləndirilir, bu indeksdə sadəcə Gürcüstan, Makedoniya və Qazaxıstandan (8 balla qiymətləndirilirlər) sonra ikincidir. Bu, İƏİT-nin yüksək gəlirli ölkələrinin orta rəqəmi olan 6,4 baldan yüksəkdir.
Biznesə başlama sahəsində Azərbaycan qlobal reytinqdə 18-ci yerdədir. Bakıda biznesə başlamaq üçün sadəcə 4,5 gün tələb olunur. Bu, Avropa və Mərkəzi Asiya regionunda yalnız Gürcüstanda (2 gün) bundan az vaxt tələb olunur.
Əmlakın reyestri sahəsində Azərbaycan 21-ci yerdədir. Hesabatda vurğulanır ki, Bakıda əmlakın qeydiyyatı üçün əmlakın dəyərinin sadəcə 0,2%-i tələb olunur. Bu rəqəm Ermənistan, Qırğızıstan və Rusiya ilə eynidir, İƏİT-nin yüksək gəlirli ölkələrində isə orta rəqəm 4,2%-dir.
Kreditlərin əldə olunması sahəsində isə nəticələr zəifdir - qlobal reytinqdə 122-ci yer. Azərbaycanda hüquqlar indeksinin güclülüyü 2 balla (mümkün 12 baldan) qiymətləndirilib. Müqayisə üçün qeyd edək ki, regional orta rəqəm 6,6 bal və İƏİT-nin yüksək gəlirli ölkələri üzrə orta rəqəm 6 baldır.
Elektrik enerjisinin alınmasının təkmilləşdirilməsi sahəsində ölkəmiz qlobal reytinqdə 102-ci yeri tutub. Bakıda elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçmək tələb olunur. Müqayisə üçün bildirək ki, İƏİT-nin yüksək gəlirli ölkələrində orta rəqəm 4,7 prosedurdur.
Son 15 ildə 33 islahat həyata keçirilib ki, bunlardan 7-si bizneslə başlama, 6-sı kreditin əldə olunması və 5-i vergilərin ödənilməsi sahəsində olub. 2003-cü ildə Bakıda biznesə başlamaq üçün 105 gün tələb olunurdusa, bu gün 4,5 gün tələb olunur.
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
-
7 saat əvvəl
"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı
- 8 saat əvvəl
Son Xəbərlər

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Birjadan Bank "BTB"nin istiqrazları barədə qərar

Birjadan "Unibank"ın dollar istiqrazları barədə qərar

Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi

“PAŞA Bank” yeni nəsil kassa funksiyalı mPOS cihazını təqdim etdi

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İri şirkətlər qrupu Bakı Fond Birjası ilə memorandum imzaladı

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

“Katora 44” şirkətinin Türkmənistandan idxal etdiyi 56 ton pomidorun məhv olunması barədə qərar qəbul edilib

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb

“Abi” otelinin fəaliyyəti dayandırılıb

"Anbar və qida istehsalı sexinin 360 kvadratmetri yanıb"
