Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®

Ziyarətçilər yeni layihələrlə tanış ola biləcəklər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PMD Group” MMC  4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçiriləcək AIREX 2026 – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin Platinum Sponsoru kimi çıxış edəcək.

AIREX 2026 daşınmaz əmlak, şəhərsalma, memarlıq, investisiya və proptech sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, investorları, developerləri və rieltorları bir araya gətirəcək. Avropadan Asiyaya müxtəlif ölkələri təmsil edən 70-dən artıq şirkətin iştirak edəcəyi sərgiyə 20 min ziyarətçinin gəlməsi gözlənilir.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması AIREX sərgisinə xüsusi əhəmiyyət qazandırır. Sərgi şəhərlərin gələcəyi və dayanıqlı inkişaf mövzularında müzakirələrə şərait yaradacaq. PMD də layihələri və təcrübəsi ilə bu dialoqa qoşulacaq.

2013-cü ildən fəaliyyət göstərən PMD daşınmaz əmlak investisiyası, inkişafı və idarəedilməsi sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkət yaşayış, kommersiya və ictimai təyinatlı layihələr istiqamətlərində beynəlxalq standartlara uyğun layihələr həyata keçirərək şəhər mühitinin inkişafına və müasir infrastrukturun formalaşmasına töhfə verir.

PMD üçün AIREX 2026 ölkənin daşınmaz əmlak bazarının dinamik inkişafını, müasir layihələrə olan yanaşmanı və Azərbaycanın regionda artan investisiya cəlbediciliyini nümayiş etdirmək baxımından mühüm platformadır. Sərgidə vahid PMD stendində şirkətin çətiri altında tikinti, memarlıq, obyektlərin idarə edilməsi və logistika istiqamətlərində fəaliyyət göstərən PMD Projects, Design Bureau, Facility Management Group (FMG) və Grand Logistics Center şirkətləri də təmsil olunacaq.

Sərgi günlərində PMD stendində şirkətin layihələrinə həsr olunmuş görüşlər və panel müzakirələri keçiriləcək. Chapman Taylor, Design International və Sectorlight kimi geniş beynəlxalq təcrübəyə malik şirkətlərin nümayəndələrinin də qatılacağı bu görüşlər peşəkar baxışların paylaşılması və təcrübə mübadiləsi üçün imkan yaradacaq. Ziyarətçilər Bilgah Sunset Villas Collection, Bahar Residence və Botanica Residence daxil olmaqla yeni layihələrlə tanış ola, maketlər və vizual təqdimatlar vasitəsilə onların memarlıq konsepsiyası və təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat əldə edə biləcəklər.

PMD AIREX 2026-da iştirakı ilə ölkənin daşınmaz əmlak bazarının inkişafını və layihələrə müasir yanaşmalarını nümayiş etdirməyi, sektorda dialoqu genişləndirməyi və yeni əməkdaşlıqların qurulmasına töhfə verməyi hədəfləyir.

PMD Group PMD Projects AIREX 2026 Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi Bilgah Sunset Villas Collection Bahar Residence Botanica Residence Bakı Ekspo Mərkəzi daşınmaz əmlak mənzil bazarı yaşayış kompleksləri daşınmaz əmlaka investisiya PMD yeni layihələri Facility Management Group Grand Logistics Center
02.11.2026 09:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19