Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
Azərbaycanda qablaşdırma sənayesinə iri sərmayə - Hindistan şirkəti Azərbaycanda böyük zavod quracaq.Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq
Hindistanın “UFlex Limited” şirkəti və ABİF-in iştirakı ilə Ələt azad iqtisadi zonasında qablaşdırma məhsullarının istehsal ediləcəyi müəssisə yaradılacaq.
Marja.az İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti “UFlex Limited” ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) arasında əməkdaşlıq əsasında yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur.
Layihə “UFlex Limited”in beynəlxalq aktivlərini idarə edən Flex Middle East FZE şirkəti vasitəsilə reallaşdırılacaq. Bu məqsədlə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABİF, Flex Middle East FZE və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
117,7 milyon ABŞ dolları dəyərində olan istehsal layihəsi Ələt Azad İqtisadi Zonasında (AFEZ) həyata keçiriləcək. Layihənin icrası məqsədilə Flex Films AZB AFEZCO şirkəti təsis edilib və müəssisənin yaradılması üçün AFEZ-də 4,7 hektar torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində illik 60 min ton istehsal gücünə malik müasir müəssisənin yaradılması planlaşdırılır.
Layihənin həyata keçirilməsi Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və ölkəmizdə qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, UFlex Limited 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma plyonkaları, qablaşdırma materialları və əlaqəli məhsul və texnologiyaların istehsalı üzrə ixtisaslaşıb. UFlex məhsullarını 150-dən çox ölkəyə ixrac edir və 9 ölkədə beynəlxalq standartlara uyğun istehsal müəssisələrinə malikdir.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 13 d. əvvəl
-
-
24 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
30 d. əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
1 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 2 saat əvvəl
-
2 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
2 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Ən çox oxunanlar
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























