3 qurum Strateji Yol Xəritəsi üzrə heç bir tədbiri icra etməyib
Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlandı
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, daha beş strateji yol xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb. Monitorinq və qiymətləndirmə nəticələri açıqlanan strateji yol xəritələri aşağıdakılardır:
-Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi,
-AzərbaycanRespublikasındalogistikavəticarətininkişafınadairStratejiYolXəritəsi,
-Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi,
Strateji yol xəritələrinin ən yüksək icra göstəricisi “Milli iqtisadiyyat perspektivi” üzrə əldə olunub – 62 faiz. Ən aşağı icra göstəricisi isə “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeydə alınıb – hər ikisində 27 faiz.
2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə görə 47 qurumun performansı təqdim edilib.
Maliyyə Sabitliyi Şurası və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılan Komissiya üzərinə düşən işləri 100 faiz icra etmişdir. “Azərenerji” ASC 75 faiz, Maliyyə Nazirliyi 69 faiz, Turizm Şurası 67 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 60 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 57 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz icra göstəricisinə malikdir. 16 qurum 2017-ci ilin birinci yarısı üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin 50 faizini, 20 qurum 50 faizdən azını və nəhayət 3 qurum isə (Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Azəravtoyol ASC)heç bir tədbiri icra etməyib.
Mərkəzin məlumatında qeyd edili bki, Strateji Yol Xəritələri çərçivəsində fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilmiş və razılaşdırılmış, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilmiş, habelə proqnoz göstəriciləri hazırlanmışdır. Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır. Makroiqtisadi koordinasiya təmin edilmiş, məzənnə rejiminin çevikliyi artırılmışdır. Bank sektorunun hərtərəfli diaqnostikası aparılmış, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Strateji yol xəritələri çərçivəsində logistika, ticarət, kənd təsərrüfatı, kommunal sektor üzrə bir sıra işlər görülüb.
Monitorinq və qiymətləndirmə qrupu təklif edib ki, investisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparılaraq, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər. Eyni zamanda, davamlı biznes islahatlarının icrası, “Rəqabət Məcəlləsi”nin qəbulu, institusional islahatların aparılması, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, kommunal sektora özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlərin sürətləndirilməsi də tövsiyyə olunub.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
41 d. əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
48 d. əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib

























