Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
140-dan çox ölkəyə birbaşa mobil telefon üzərindən pul göndərmək imkanı !(®) Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.
Tərəfdaşlıq Bir-in elektron pulqabı tətbiqi m10 vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı yaradır.
Bu təşəbbüs Bir-in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusilə ölkədən kənarda yaşayan ailələrə pul göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyə əməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.
Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinə görə ən böyük ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərə və e-ticarət həllərinə üstünlük verirlər.
Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib:
“Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir. “Paysend” ilə əməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv maliyyə əlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir”.
“Paysend”-in korporativ biznes rəhbəri Danny May isə qeyd edib:
“Müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir. Biz Bir ilə tərəfdaşlıqdan məmnunuq və 140-dan çox ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə dəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini gücləndiririk”.
Bir və “Paysend” tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul köçürmələrini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verir. Bir ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq köçürmələrin istifadəyə verilməsi Bir ekosistemində aktivliyin daha da artmasına, həmçinin Birbank vasitəsilə gündəlik bank xidmətləri və Birmarket üzərindən onlayn alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
“Paysend” haqqında
“Paysend” dünyanın ən böyük sərhədlərarası rəqəmsal şəbəkəsini qurmaq məqsədi daşıyan maliyyə texnologiyaları şirkətidir. Şirkət fərdi və korporativ müştərilər üçün sərhədlərarası pul köçürmələrini istənilən yerdə, istənilən valyutada və istənilən üsulla daha sürətli, daha ucuz və daha əlçatan etməyə fokuslanır.
2017-ci ildə kartdan-karta köçürmələrin tətbiqi ilə əsası qoyulan “Paysend”, bu gün ənənəvi pul köçürmələrindən daha geniş imkanlar təqdim edən kompleks maliyyə həlləri təklif edir.
Qlobal fəaliyyət şəbəkəsinə malik, London, Belqrad, Dublin və Mayami şəhərlərində ofisləri yerləşən şirkət 170-dən çox ölkədə 11 milyondan artıq müştəriyə xidmət göstərir. Şirkət sərhədlərarası ödənişləri daha sadə və əlçatan etmək üçün 25 milyarddan çox ödəniş nöqtəsinə çıxış imkanı yaradır.
Ətraflı məlumat üçün: paysend.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 saat əvvəl
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
-
5 saat əvvəl
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
-
5 saat əvvəl
Bank investorlara illik 8,5 faiz gəlirlilik təklif edir – Abunə yazılışı başladı
-
6 saat əvvəl
Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Çinin avtomobil istehsalçıları Avropada ilk dəfə Yaponiyanı geridə qoydu – Bazar payı 12,7%-ə çatdı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Çinin avtomobil istehsalçıları Avropada ilk dəfə Yaponiyanı geridə qoydu – Bazar payı 12,7%-ə çatdı
İllik 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılacaq
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib























