Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"

"Faiz dərəcələrinin kəskin artırılması iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir göstərə bilər"
iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Mərkəzi Bank inflyasiya üzrə proqnozlarını yuxarı istiqamətdə yeniləyib Amma bu, o demək deyil ki, növbəti aylarda faiz dərəcəsinin parametrlərini də yuxarı doğru dəyişəcəyik".

Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. 

Reklam_3_11

"Çünki düşünürük ki, hazırda bu istiqamətdə hər hansı işarə və ya siqnal vermək üçün kifayət qədər tezdir. Qeyri-müəyyənliklər hələ də çoxdur. Xüsusilə Yaxın Şərqdə baş verən münaqişəni nəzərə alsaq, risklərin və qeyri-müəyyənliklərin yüksək olduğunu görürük" - Kazımov deyib və əlavə edib:

"Biz, sözsüz ki, prosesləri təhlil edir və yaxından izləyirik. Amma bildirmək istəyirəm ki, hazırda faiz parametrlərimizi yuxarı doğru reviziya edəcəyimizə dair birmənalı işarə vermək hələ tezdir. Yenə də vurğulamaq istəyirəm: inflyasiya proqnozlarını yuxarı doğru reviziya etmişik, lakin təhlillərimiz göstərir ki, bunun əsas səbəbləri məhz təklif amilləridir. Bugün əlimizdə olan və indiyə qədər bizə ciddi dəstək verən əsas alətlərdən biri sabit məzənnə rejimidir. Bu rejim vasitəsilə nominal effektiv məzənnənin köməyi ilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışırıq. Hesab edirik ki, həm bugünə qədər, həm də əvvəlki illərdə sabit məzənnə rejimi idxal inflyasiyasının qismən qarşısının alınmasında mühüm rol oynayıb. Tələb amillərini də diqqətlə izləyirik. Bugünkü inflyasiyanın dekompozisiyasında tələb amillərinin payı təxminən 20-30 faiz təşkil edir. Bu situasiyada faiz dərəcələrinin kəskin artırılması iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir göstərə bilər. Çünki bu, istehlakı azalda bilər. Nəzərə alsaq ki, inflyasiyanın artım səbəbləri əsasən tələb amilləri ilə bağlı deyil, hazırkı mərhələdə həmin tələb amillərinin sərt şəkildə sıxılmasını məqsədəuyğun hesab etmirik".

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 Aprel 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır). 

Mərkəzi Bank inflyasiya proqnozunu artırıb

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində (2% - 6% aralığında) olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.

Bu barədə Marja Mərkəzi Banka istinadən xəbər verir.

Öncəki proqnozda illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilirdi.

Qeyd edilib ki, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir. 

Vurğulanıb ki, artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.

2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.

İş elanları AzVak.az-da

mərkəzi bank taleh kazımov azərbaycan mərkəzi bankı faiz dərəcəsi faiz dəhlizi uçot dərəcəsi 6.5 faiz inflyasiya proqnozu 2026 inflyasiya proqnozu 2027 azərbaycanda inflyasiya inflyasiya göstəricisi 5.6 faiz idxal inflyasiyası sabit məzənnə rejimi nominal effektiv məzənnə qida məhsulları qiymət artımı qeyri qida məhsulları inflyasiya ödənişli xidmətlər qiymət artımı qlobal ərzaq qiymətləri yaxın şərq münaqişəsi iqtisadi təsir geosiyasi risklər inflyasiya azərbaycan iqtisadiyyatı proqnozu inflyasiya hədəfi 2-6 faiz
07.05.2026 16:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19