970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Nazirlər Kabineti "Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında" qərar qəbul edib.

Marja xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq edəcəkdir.

Qərarda deyilir: 

2. Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri:

2.1. başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;

2.2. son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.

3. Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

3.1. ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;

3.2. ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

3.3. ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

3.4. ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

4. Ödənişli avtomobil yolunun texniki göstəriciləri:

4.1. uzunluğu – 81,3 kilometr;

4.2. texniki dərəcəsi – I c;

4.3. hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4;

4.4. hərəkət zolağının eni – 3,5 metr;

4.5. yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr;

4.6. torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr;

4.7. yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr;

4.8. ayırıcı zolağın eni – 2 metr.

5. Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:

5.1. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

5.2. uzunluğu – 101 kilometr;

5.3. texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

5.4. hərəkət zolaqlarının sayı – 2;

5.5. hərəkət zolağının eni – 3,5 metr;

5.6. yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

5.7. torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

5.8. yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

əhmədbəylifüzulişuşayolu ödənişliautomobilyolu əhmədbəylifüzulişuşa avtomobilyolları nazirlərkabineti qərar azərbaycanyolları böyükqayıdışdövlətproqramı qarabağyolları zəfəryolu füzulibeynəlxalqhava limanı füzulişəhəri horadizcəbrayılzəngilanağbənd avtomobilinfrastruktur yoltikintisi ödənişliyol nəqliyyatfrastruktur azərbaycanavtomobilyolları tari fşurası nəqliyyatvasitələri
03.04.2026 11:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18