970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir. 11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank" ilə “PAŞA Kapital” (baş broker qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib. Razılaşmaya əsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank" ilə “PAŞA Kapital” (baş broker qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

Marja xəbər verir ki, sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) üzrə səhmlərin yerləşdirilməsi çərçivəsində potensial investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir.

Razılaşmaya əsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər.

İnvestorlar səhm alışının bütün mərhələlərini bu investisiya platformaları vasitəsilə tam şəkildə onlayn həyata keçirə biləcəklər. Buraya investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması daxildir. "PAŞA Bank" səhmlərinin bir neçə platforma üzərindən satışa çıxarılması həm şəffaf yanaşmanı təmin edir, həm də geniş investor auditoriyasının səhmlərə rahat və əlçatan çıxışını mümkün edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bankın bir neçə aparıcı broker şirkəti ilə əməkdaşlığı, investorlara "PAŞA Bank"ın səhmlərini daha rahat platforma vasitəsilə əldə etmək imkanı yaradır.

“Əminəm ki, "PAŞA Bank"ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi (IPO) üzrə yerləşdirilməsi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük. Səhm əldə etmək istəyən investorlar "PAŞA Bank", "PAŞA Kapital", "BirBank Invest", "ABB Invest" və "Unicapital" platformaları vasitəsilə IPO-da iştirak edə biləcəklər,” — deyə o bildirib.

Xatırladaq ki, IPO çərçivəsində bank investorlar üçün səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk IPO olacaq.

Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi, həm ənənəvi, həm də rəqəmsal bank xidmətləri təqdim edir.

İş elanları AzVak.az-da

PAŞA Bank IPO PAŞA Bank səhmləri ilkin kütləvi təklif Azərbaycan Azərbaycan kapital bazarı PAŞA Kapital broker Unicapital broker şirkəti ABB Invest broker BirBank Invest platforması onlayn investisiya platformaları səhm alışı prosesi investisiya hesabı açılması qiymətli kağızlar bazarı investorlar üçün IPO Azərbaycan bank sektoru Murad Süleymanov PAŞA Bank kapital bazarının inkişafı səhmlərin yerləşdirilməsi investorların iştirakı investisiya imkanları Azərbaycan korporativ maliyyə institutu ticarətin maliyyələşdirilməsi aktivlərin idarə edilməsi KOB müştəriləri üçün bank xidmətləri
11.03.2026 13:18

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18